It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Haqqımızda

Tarix

Bizim tarix
BİZİMLƏ DAHA RAHATDIR

VF AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə yaradılmışdır. 2002-ci ildə VF AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmişdir.

VF AzərKredit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsi olmuşdur. Hazırda təşkilat ləğv prosesindədir.

2008-ci ildə:
  • VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində Sosial Audit prosesindən keçməklə pilot iştirakına görə fərqlənmə sertifikatı ilə mükafatlandırılmışdır;
  • Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mikromaliyyə bazarında ən uğurlu icma təsirinə nail olmuş mikromaliyyə təşkilatı kimi "Azərbaycanda Ən Yaxşı İcma Təsirinə Nail Olmuş Təşkilat" nominasiyası üzrə mükafatlandırılmışdır;
  • Mikromaliyyə Məlumat Mübadiləsi (MİX) təşkilatı tərəfindən Təşəkkür Sertifikatı almış və portfelinin keyfiyyəti görə xüsusi siyahıda 66-cı yeri tutmuşdur;
  • 2008-ci ilin göstəricilərinə görə ”VFİ (VF İnternational) Green” tərəfindən ”Qabaqcıl fəaliyyət” sertifikatına layiq görülmüşdür.
2009-cu ildə:
  • VF AzərKredit Mikrofinanza Reytinq şirkəti tərəfindən maliyyə və sosial reytinqdən keçmişdir. Bununla da VF AzərKredit Azərbaycanda sosial reytinqdən keçən ilk təşkilat olmuşdur;
  • VF AzərKredit böyük dördlüyə daxil olan audit şirkəti tərəfindən audit yoxlamasından keçərək, müfəssəl rəy almışdır ki, bu da bir mikromaliyyə təşkilatı üçün həqiqətən də bir nailiyyətdir;
  • Fəaliyyətimiz CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu tərəfindən MİX təşkilatına sosial indikatorlarımız üzrə verdiyimiz hesabata görə Gümüşü Sertifikata layiq görülməyimiz vasitəsilə mikromaliyyə sektoru tərəfindən yüksək səviyyədə tanınmış olduq;
  • VF AzərKredit MFC (Mikromaliyyə Mərkəzi) tərəfindən MFC Keyfiyyət Auditi Alətindən istifadə etməklə Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində pilot iştirakına görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür;
  • "MF Transparency" VF AzərKrediti Azərbaycan mikromaliyyə sektorunda şəffaf qiymətqoyma siyasəti sahəsində lider mikromaliyyə təşkilatı kimi tanımışdır.
2010-cu ildə:
  • 26 may 2010-cu il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mikromaliyyə Mərkəzinin konfransında VF AzərKredit Sosial Fəaliyyət Hesabatlılığı üzrə Mükafat Komitəsi tərəfindən Sosial Fəaliyyət Hesabatlılığına görə Qızıl Mükafata layiq görülmüşdür;
  • Oktyabr ayında "Azərbaycanda Məsuliyyətli Mikromaliyyə" mövzusunda təşkil olunmuş 5-ci mikromaliyyə konfransında VF AzərKredit AMA tərəfindən “İlin Ən Yaxşı Üzvü - 2010" nominasiyası ilə mükafatlandırılmışdır.
2011-ci ildə:
  • VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “SMART Kampaniyasının Müştəri Mühafizəsi üzrə 4-cü Prinsip: Etik İşçi Davranışı Prinsipini uğurla icra edən ən yaxşı üzv” mükafatına layiq görülmüşdür;
  • CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu MİX təşkilatı ilə birlikdə VF AzərKrediti Sosial Fəaliyyət Hesabatlılığı üzrə Platin Mükafata layiq görülmüşdür. Platin Mükafat 2011-ci ildə MİX tərəfindən ən yüksək mükafat kimi təsis edilmişdir.
2012-ci ildə:
  • Azərbaycan Mikromaliyyə Assosiasiyasının 27 yanvar 2012-ci il tarixində keçirilən 5-ci İllik Təltif Şam Ziyafətində VF AzərKredit "Mikromaliyyə sektorunda xidmətlərin şəffaflığını təşviq edən təşkilat" mükafatına layiq görülmüşdür;
  • MF Transparency VF AzərKreditə verilmiş Şəffaflıq Möhürünü aprel 2012 – aprel 2013 tarixinə yeniləmişdir;
  • VF AzərKredit MFC-nin (Mikromaliyyə Mərkəzinin) 28-30 may tarixlərində Tbilisidə keçirilmiş illik konfransında MFC və Smart Kampaniyasının “Şikayətlərin Həlli Mexanizmləri üzrə Yaxşı Təcrübə” mükafatına layiq görülmüşdür.
2013-cü ildə:
  • VF AzərKredit İngiltərənin nüfuzlu Beynəlxalq Maliyyə Jurnalının (International Finance Magazine) “Maliyyə Mükafatları – Azərbaycan 2013” nominasiyası üzrə təsis etdiyi “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür;
  • VF AzərKredit mikromaliyyənin təsirlərini nümunəvi şəkildə ictimaiyyətə çatdırdığına görə VF İnternational tərəfindən keçirilən “Səsimi Eşit” müsabiqəsinin 2-ci turunun qalibi olmuşdur;
  • Mikrokredit Sammiti Kampaniyası (Microcredit Summit Campaign) tərəfindən Kampaniyanın aktiv üzvü olduğuna görə “Təşəkkür Sertifikatı” ilə təltif olunmuşdur.
2014-cü ildə:
  • İl AMFA tərəfindən təşkil olunmuş İllik Təltif Ziyafətində təqdim olunmuş “İnnovativ Texnologiyalardan Effektiv İstifadə” mükafatı ilə başladı ki, bu da VF AzərKreditin son illər öz məhsullarının və xidmətlərinin təkmilləşdirilməsində innovativ texnologiyalardan istifadəsinin nəticəsi idi;
  • İllik Təltif Ziyafətində VF AzərKreditə təqdim olunmuş ikinci mükafat isə AYİB, AMFA və Frankfurt Maliyyə və Menecment Məktəbinin birgə təsis etdiyi “Gender Bərabərliyi” mükafatı oldu.
  • Müştərilər və işçiyə yanaşma baxımından şəffaflıq və məsuliyyətli maliyyələşdirmə siyasəti tətbiq etdiyi üçün MİX təşkilatı tərəfindən S.T.AR. sertifikatı ilə təltif edilmişdir;
  • Təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüs kimi yaradılmış Smart Kampaniyası tərəfindən Qafqazda il dəfə olaraq “Müştəri Mühafizəsi Sertifikatı” na layi görülmüşdür.
2015-ci ildə:
  • AMFA 2015 İllik Təltif Şam Ziyafətində “İnsan Resurslarının İnkişafı üzrə Qabaqcıl Təcrübə” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
  • Mikromaliyyə Mərkəzinin (MFC) 18-ci İllik Konfransında müştəri mühafizəsi standartlarının tətbiqini təmin etmək və maliyyə savadlılığını artırmaq məqsədi ilə keçirilmiş beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasının təşkilində və həyata keçirilməsində müstəsna səylərinə görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür.
2016-cı ildə:
  • Mikromaliyyə Mərkəzinin (MFC) 19-cu İllik Konfransında beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasının təşkilində və həyata keçirilməsində davamlı səylərinə görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür.
2017-ci ildə:
  • Mikromaliyyə Mərkəzinin (MFC) 20-ci İllik Konfransında beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasına verdiyi töhfələrə görə müvafiq Qiymətləndirmə Sertifikatına liayiq görülmüşdür.
VijnFond AzərKredit MMC-nin Əmlak İnzibatçısı “Gəncə Konsultant” ASC-dir.




Kompensasiya məbləğinin sorğulanması


Qaynar xətt: (+994 50) 287 30 37 050 2873037
WhatsApp: 050 2873037

©2019 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

SDN Biznes Mərkəzi, 3-cü mərtəbə,
Ələsgər Qayıbov küçəsi 10Q,
Nərimanov rayonu, AZ1029, Bakı


Telefon: (+994 12) 447 38 17
(+994 12) 448 38 17


E-mail: azercredit@azercredit.az