It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Haqqımızda

Bizim müştərilərimiz

Bizim müştərilərimiz

Şükürova Şahniyar

Şükürova Şahniyar 1962-ci ildə Cəbrayıl rayonunun Niyazqullar kəndində kəndli ailəsində anadan olmuşdur. Atası əkinçi, anası evdar qadın olmuşdur. Ailələri 6 nəfərdən ibarət idi. O, 9 illik təhsil almış, sonra isə təhsilini davam etdirməmiş və atasına əkin işlərində kömək etmişdir. Yoldaşı ilə ailə qurmuş və Cəbrayıl rayonunun Şıxalıağalı kəndinə köçmüşdür. Ermənilərin Azərbaycana hərbi təcavüzü zamanı onlar öz doğma yurdlarından məcburi köçkün düşmüş və Saatlı rayonunda məskunlaşmışdılar. Dözülməz yaşayış şəraitinə görə tezliklə onlar oradan köçərək Qaradağ rayonu Lökbatan qəsəbəsindəki yataqxanada məskunlaşmışdılar. Şahniyar xanım deyir ki, ermənilərin təcavüzündən qaçanda uşaqları çox kiçik idi. “Azyaşlı uşaqlarla bu dözülməz şəraitə davam gətirmək mümkün deyildi. Yoldaşımla birgə bu vəziyyətdən çıxış yolu axtarmağa başladıq. Lökbatan bazarında kiçik bir piştaxta icarəyə götürdük. “Azərkredit" haqqında qonşu piştaxtada ticarətlə məşğul olan Lalə xanımdan məlumat aldım. “Azərkredit"ə yollandım, orada mənə kredit şərtlərini izah etdilər və mən ilk kreditimi aldım. Həmin kredit çox faydalı oldu və mən bu təşkilatın mənə etdiyi yardımı heç vaxt unutmayacam. Ən çətin günlərimdə mənə dayaq oldular. Sizin köməyinizlə o bazardakı yerimi daha da genişləndirdim, evimi təmir etdirdim, evə yeni əşyalar aldım və qızımı gəlin köçürdüm. Sonradan ayaqqabı ticarətinə başladım. Yoldaşım isə meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Mən “Azərkredit"dən növbəti kreditləri götürüb işimi genişləndirirdim. Hazırda işim çox yaxşı gedir. Ofisinizə gəldikdə kredit üçün müraciət etdiyim ilk günü xatırlayıram. 2004-cü il mənim həyatımda dönüş ili oldu. İlk dəfə sizdən 600 ABŞ dolları məbləğində kredit götürdüm. İndi isə mən sizdən 2000 ABŞ dolları məbləğində kredit götürmüşəm ki, piştaxtamı bir az daha genişləndirim. Sizin təşkilata sonsuz təşəkkürümü bildirirəm. Həqiqətən də, sizin vasitənizlə Allah mənə həyatımı yaxşılığa doğru dəyişməyə kömək etdi".

VF Azərkredit daim öz missiyasına sadiqdir və kasıblara kömək və dəstəyi vasitəsilə də həmişə ona sadiq qalacaq.


Hətəmova Suqra

Füzuli rayon ərazisi ermənilər tərəfindən işğal olunana qədər ,Hətəmovlar ailəsi Qazaxlar kəndində xoşbəxt yaşayırdılar. Ailə üzvləri yerli kolxozda heyvandarlıq, əkinçilik və üzümçülüklə məşğul olurdular. Ermənilər kəndləri bir-bir işğal etməyə və mülki əhalini girov tutmağa başladı.
Təşvişə düşən kəndlilər kəndi tərk etməyə başlayırdı.
1993-cü ilin oktyabr ayında Hətəmovlar ailəsinin kəndinin işğalçılar tərəfindən zəbt edilməsi nəticəsində onlar Araz çayından keçərək qonşu İran dövlətinin ərazisinə gəldilər. Bir neçə gün İranın həmin ərazisində qaldıqdan sonra onlar Azərbaycanın İmişli rayonuna gəldilər. Evsiz-eşiksiz yaşayan ailə nəhayət Sabirabad rayonu Qalaqayın kəndinin çadır şəhərciyində məskunlaşdılar. Onlar orada 1999-cu ilə qədər yaşadılar. Amma rütubətli soyuq çadırlar və əlverişsiz yaşayış şəraiti ailənin sağlamlığına pis təsir edirdi. Həmin vaxtlar, Suqranın həyat yoldaşı humanitar təşkilatın ərzaq anbarında fəhlə işləyirdi. Doğma yurdlarında işğaldan azad olmuş 19 kəndin yanmış evlərinin bərpasına başlanıldığını eşidən ailə geriyə dönür.
Ailənin mənzili Beynəlxalq Xilas Komitəsi tərəfindən qismən təmir olunaraq ailəyə təhvil verildi.
2002-ci ildə Suqra VF AzərKreditin qadınlar üçün xüsusi imtiyazlı biznesə başlama krediti üçün müraciət etdi. Ona, əvvəllər də məşğul olduğu qoyunçuluq biznesini yaratmaq məqsədilə 200 manat kredit məbləği ayrıldı və o bu məbləğlə 5 qoyun aldı.
2003-cü ildə o, yenə də öz kiçik biznesini inkişaf etdirmək üçün 300 manat kredit məbləği götürərək daha bir qoyun aldı. Heyvandarlıq biznesini inkişaf etdirmək məqsədilə, hər il götürülən kreditin məbləği artırdı.
2005-ci ildə o, dövlət tərəfindən ayrılmış özəl torpaq sahəsində kartof becərməyə başlayır və həmin il 35 ton kartof məhsulu əldə edir. Növbəti ildə həmin torpaq sahəsindən o, 6 ton məhsul əldə edir.
Qoyunçuluq, tərəvəzçilik, quşçuluq və taxılçılıqdan əldə etdiyi gəlirlərdən təzə ev əşyaları: televizor, soyuducu, mebel və xalça alır.
Hal-hazırda Suqranın 5 inəyi, 2 buzovu,10 qoyunu və 200-ə qədər toyuq-cücəsi var.
Suqranın dörd övladı var və o, onlardan üçünün ailə qurmasına nail olub. Hətta bu yaxınlarda ailə minik maşını da almışdır.

Bütün bunlar üçün Suqra VF AzərKreditə çox minnətdardır və gələcəkdə biznesini daha da inkişaf etdirmək üçün yenə də kreditlər götürmək niyyətindədir!



Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az