|
BİZ AZ TƏMİNATLI ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRİRİK 
Vijn Fond AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə ümumdünya yardım və inkişaf təşkilatı olan Vörld Vijn təşkilatının bir proqramı olaraq yaradılmışdır. 2002-ci ildə Vijn Fond AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankının lisenziyasını almışdır.
O vaxtdan bir çox şeylər dəyişsə də, Vijn Fond AzərKredit təşkilatının baxışı insanlara daha yaxşı və dayanıqlı həyat tərzi yaratmaqda dəstəyin göstərilməsi olaraq qalmışdır.
Vijn Fond AzərKredit təşkilatının missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir.
VF AzərKreditin əsas məqsədi hər zaman ənənəvi bank sistemi vasitəsilə maliyyə xidmətlərindən yararlana bilməyən insanlara kreditlərin verilməsi olmuşdur. Bu, VF AzərKreditin Azərbaycanın həm şəhər, həm də kənd ərazilərində işləməsi ilə yanaşı, əsas diqqətin bank sisteminin əhatə etmədiyi kənd ərazilərində xırda və kiçik sahibkarlara, həmçinin fərdi təsərrüfat sahiblərinə kredit imkanları təqdim etməklə onların rəsmi bank sisteminə çıxışının təminatına yönəldilməsini nəzərdə tutur. Hazırda isə VF AzərKredit güclü maliyyə təşkilatına çevrilərək yalnız kreditlər üzrə təmərküzləşmir, daha geniş mikromaliyyə istiqamətinə yönəlir.
Vijn Fond AzərKredit tərəfindən davamlı olaraq həyata keçirilən məhsul və prosedur təkmilləşdirmələri və yaradılan yeni məhsul və xidmətlər Azərbaycanın mikromaliyyə sektoruna yeniliklər gətirmiş və ehtiyacları daima öyrənilən və biznes proseslərində nəzərə alınan müştərilər üçün yeni imkanlar açmışdır.
Hazırda Vijn Fond AzərKredit hədəf müştərilərinə aşağıdakı kredit məhsullarını təklif edir:
- Birbaşa olaraq müştərilərin bizneslərini dəstəkləmək məqsədi ilə həm fərdi borcalanlara, həm də həmrəy qruplara verilən mikro və kiçik biznes kreditləri, o cümlədən kənd təsərrüfatı kreditləri: Qrup Şəhər və Qrup Kənd Təsərrüfatı Kreditləri, Fərdi Şəhər və Kənd Təsərrüfatı Mikro Kreditləri, Fərdi Şəhər və Kənd Təsərrüfatı Kiçik Kreditləri;
- Məişət əşyaları, mebel və sair ev avadanlıqlarının alınması üçün verilən istehlak kreditləri;
- Təhsil almaq, ev tikmək və ya təmir etmək, turistik səyahətə getmək, tibbi yardım almaq, toy və ya nişan mərasimi keçirmək və s. məqsədlə verilən ailə kreditləri.
Vijn Fond AzərKreditin 26 rayonda 31 ofisi fəaliyyət göstərir ki, bunlardan 18-i digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir. Belə kənd ərazilərində filial şəbəkəsinin sürətli genişlənməsi yaxın illərdə davamlı artımın baş verəcəyinə zəmin yaradır.
2012-ci ilin sonuna təşkilatın aktiv müştərilərinin sayı 59.751 nəfərə çatmış, portfelinin həcmi isə 56 milyon ABŞ dollarını ötmüşdür. Bu göstəricilərlə yanaşı, VF AzərKredit portfelin keyfiyyətini qoruyub saxlayır, belə ki, PAR>30gün cəmi 0,3% təşkil edir.
Bərabər iş imkanları prinsiplərini əldə rəhbər tutan VF AzərKreditin təxminən 450 əməkdaşı vardır ki, onlar da təşkilatın əsas aktivləri hesab olunur.
Təşkilat Strateji Planının bir hissəsi olaraq, həm maliyyə, həm də sosial məqsədlərin dəstəklənməsinə xidmət edən sosial fəaliyyətin idarəolunması sisteminin inkişafına müntəzəm olaraq sərmayə qoymaqda davam edir. "Yoxsulluğun Ölçülməsi Aləti" hazırlanaraq təqdim olunmuş və bu alət 2009-cu ildən etibarən Vijn Fond AzərKreditdə davamlı olaraq istifadə olunur. Yoxsulluğun Ölçülməsi Aləti hədəf müştərilərin yoxsulluq səviyyəsini ölçmək imkanı yaradır və o, gələcəkdə VF AzərKredit təşkilatının yoxsul insanların həyatına təsirinin ölçülməsinə yardımçı olacaq.
Fəaliyyətinin ətraf mühitə birbaşa və dolayı təsirinin olduğunu anlayaraq, VF AzərKredit həyata keçirdiyi əməliyyatların ekoloji təhlükəsizliyini və dayanıqlığını təmin etmək, qərarvermə prosesində ətraf mühitlə bağlı məsələlərin nəzərə alınmasını dəstəkləmək və həm təşkilat daxilində, həm də təşkilatdan kənarda ətraf mühitə məsuliyyətli yanaşmanı təşviq etmək üçün Ətraf Mühit Siyasətini qəbul etmiş və həyata keçirir.
VF AzərKredit müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində davamlı olaraq çalışır. Bu istiqamətdə atılan ilkin addım müştərilərin təklif və şikayətlərinin toplanması üçün etibarlı bir rəy toplama sisteminin yaradılması olmuşdur. Təkmil Müştəri Xidmətləri Standartlarını həyata keçirmək, Müştəri Mühafizəsi Sertifikasiyasından keçmək, loyal müştərilərin qiymətləndirilməsini təşkil etmək və s. növbəti addımlar olacaqdır. Müştəri Əlaqələrinin İdarə Edilməsi gələcək perspektivdə də diqqət mərkəzində olacaq əsas məsələlərdən biridir.
2008-ci ildə:
- VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində Sosial Audit prosesindən keçməklə pilot iştirakına görə fərqlənmə sertifikatı ilə mükafatlandırılmışdır;
- Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən mikromaliyyə bazarında ən uğurlu icma təsirinə nail olmuş mikromaliyyə təşkilatı kimi "Azərbaycanda Ən Yaxşı İcma Təsirinə Nail Olmuş Təşkilat" nominasiyası üzrə mükafatlandırılmışdır;
- Mikromaliyyə Məlumat Mübadiləsi (MİX) təşkilatı tərəfindən Təşəkkür Sertifikatı almış və portfelinin keyfiyyəti görə xüsusi siyahıda 66-cı yeri tutmuşdur;
- 2008-ci ilin göstəricilərinə görə ”VFİ (Vision Fund İnternational) Green” tərəfindən ”Qabaqcıl fəaliyyət” sertifikatına layiq görülmüşdür.
2009-cu ildə:
- VF AzərKredit Mikrofinanza Reytinq şirkəti tərəfindən maliyyə və sosial reytinqdən keçmişdir. Bununla da VF AzərKredit Azərbaycanda sosial reytinqdən keçən ilk təşkilat olmuşdur;
- VF AzərKredit böyük dördlüyə daxil olan audit şirkəti tərəfindən audit yoxlamasından keçərək, müfəssəl rəy almışdır ki, bu da bir mikromaliyyə təşkilatı üçün həqiqətən də bir nailiyyətdir;
- Fəaliyyətimiz CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu tərəfindən MİX təşkilatına sosial indikatorlarımız üzrə verdiyimiz hesabata görə Gümüşü Sertifikata layiq görülməyimiz vasitəsilə mikromaliyyə sektoru tərəfindən yüksək səviyyədə tanınmış olduq;
- VF AzərKredit MFC (Mikromaliyyə Mərkəzi) tərəfindən MFC Keyfiyyət Auditi Alətindən istifadə etməklə Azərbaycanda Sosial Fəaliyyətin İdarəolunmasının Təşviqi layihəsində pilot iştirakına görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür;
- "MF Transparency" VF AzərKrediti Azərbaycan mikromaliyyə sektorunda şəffaf qiymətqoyma siyasəti sahəsində lider mikromaliyyə təşkilatı kimi tanımışdır.
2010-cu ildə:
- 26 may 2010-cu il tarixdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Mikromaliyyə Mərkəzinin konfransında VF AzərKredit Sosial Fəaliyyət Hesabatlılığı üzrə Mükafat Komitəsi tərəfindən Sosial Fəaliyyət Hesabatlılığına görə Qızıl Mükafata layiq görülmüşdür;
- Oktyabr ayında "Azərbaycanda Məsuliyyətli Mikromaliyyə" mövzusunda təşkil olunmuş 5-ci mikromaliyyə konfransında VF AzərKredit AMA tərəfindən “İlin Ən Yaxşı Üzvü - 2010" nominasiyası ilə mükafatlandırılmışdır.
2011-ci ildə:
- VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən “SMART Kampaniyasının Müştəri Mühafizəsi üzrə 4-cü Prinsip: Etik İşçi Davranışı Prinsipini uğurla icra edən ən yaxşı üzv” mükafatına layiq görülmüşdür;
- CGAP, Ford Fondu və Mişel və Susan Dell Fondu MİX təşkilatı ilə birlikdə VF AzərKrediti Sosial Fəaliyyət Hesabatlılığı üzrə Platin Mükafata layiq görülmüşdür. Platin Mükafat 2011-ci ildə MİX tərəfindən ən yüksək mükafat kimi təsis edilmişdir.
2012-ci ildə:
- Azərbaycan Mikromaliyyə Assosiasiyasının 27 yanvar 2012-ci il tarixində keçirilən 5-ci İllik Təltif Şam Ziyafətində VF AzərKredit "Mikromaliyyə sektorunda xidmətlərin şəffaflığını təşviq edən təşkilat" mükafatına layiq görülmüşdür;
- MF Transparency VF AzərKreditə verilmiş Şəffaflıq Möhürünü aprel 2012 – aprel 2013 tarixinə yeniləmişdir;
- VF AzərKredit MFC-nin (Mikromaliyyə Mərkəzinin) 28-30 may tarixlərində Tbilisidə keçirilmiş illik konfransında MFC və Smart Kampaniyasının “Şikayətlərin Həlli Mexanizmləri üzrə Yaxşı Təcrübə” mükafatına layiq görülmüşdür.
VF AzərKreditin Azərbaycan mikromaliyyə bazarında liderliyi və daxili sistemlərini fəal surətdə təkmilləşdirilməsi təşkilatın gələcək inkişafı və yaxın illərdə əsas məqsəd olan daha da çox kənd və ucqar ərazilərdə fəaliyyətini genişləndirməsi üçün əlverişli mühit yaradır.
VF AzərKredit İdarə Heyətinin Sədri Liliana Spasoyeviç
İdarə Heyətinin Sədr müavini isə Samir Cəfərlidir
|