 BİZ AZ TƏMİNATLI ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRİRİK 
VF AzərKreditin işəqəbul prosesi bir sıra mərhələlərdən ibarətdir:
- Cari vakansiyanın elan olunması. Bu mərhələdə İR Departamenti mövcud vakansiyanı internet (həmçinin təşkilatın internet səhifəsi) və digər müvafiq metodlar vasitəsilə elan edir;
- Ərizə mərhələsi. İR Departamenti potensial namizədlərdən bütün ərizələri toplayır. Ərizə formasını buradan yükləyə bilərsiniz;
- Ərizələrə baxılması və uyğun namizədlərin seçilməsi mərhələsi. İR Departamenti bütün ərizələri təhlil edərək münasib namizədlərin qısa siyahısını tutur və onları növbəti mərhələyə dəvət edir;
- İmtahan mərhələsi. Bu mərhələdə seçilmiş namizədlərin İQ (intellekt səviyyəsi), İT, İxtisas, Psixonometrik və İnşa yazmaq üzrə bilik və bacarıqlarını qiymətləndirilir;
- Müsahibə mərhələsi. İmtahan mərhələsini uğurla keçən namizədlər İR Departamentinin nümayəndəsi və / və ya birbaşa rəhbər ilə müsahibəyə dəvət olunurlar;
- Qərarvermə. Bütün maraqlı tərəfləri təmsil edən təyin edilmiş komitə işəqəbul haqqında qərar verir və uğurlu namizədə İR Departamenti tərəfindən iş təklif olunur.
|