It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Karyera

Açıq vakansiyalar

Hüquqşünas köməkçisi (Bakı, Gəncə, Mingəçevir)

BOKT “Vijn Fond AzərKredit” MMC Hüquqşünas köməkçisi (Bakı, Gəncə, Mingəçevir) vəzifəsinə işçi qəbulunu elan edir

BİZ AZTƏMİNATLI ƏHALİNİN HƏYAT SƏVİYYƏSİNİ YAXŞILAŞDIRMAQ ÜÇÜN MALİYYƏ XİDMƏTLƏRİ GÖSTƏRİRİK

BOKT “Vijn Fond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir.

İş yeri uğurlu namizədlərin yaşayış yerindən asılı olaraq AzərKredit təşkilatının Bakı, Gəncə və Mingəçevir filiallarında olacaq.

 

Əsas vəzifə və öhdəlikləri:

  • Bank işinə dair hesabatların, standart rəsmi sənədlərin, poçt göndərişlərinin, maliyyə məlumatlarının işlənməsi, hazırlanması;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin, iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib edilməsi;
  • Müştərilərlə müvafiq kommunikasiyaların aparılması.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil;
  • Hüquq sahəsində iş təcrübəsi olması vacib deyil.
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Təşkilatın missiyasına sadiqlik.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 25 May 2018-ci il tarixinədək e-mail (cv@azercredit.az) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Hüquqşünas köməkçisi (müvafiq filial)’’ göstərin. Əks təqdirdə belə müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply səyifəsindən yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlavə


Qaynar xətt: (+994 50) 287 30 37

©2018 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az