It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

İMKANSIZ MÜŞTƏRİ ÜÇÜN SOSİAL AKSİYA VƏ YA SAATLI RAYONU SAKİNİNƏ İKİQAT YARDIM

İMKANSIZ MÜŞTƏRİ ÜÇÜN SOSİAL AKSİYA VƏ YA SAATLI RAYONU SAKİNİNƏ İKİQAT YARDIM


"Bizim həyat şəraitimiz VijnFond AzərKreditin yardımı nəticəsində nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Kaş mən əvvəldən sizin müştəriniz olardım."

Qızqayıt Səfərova, Saatlı rayonundan olan qadın müştəri. III dövr.

Öz sosial missiyası çərçivəsində, VF AzərKredit vaxtaşırı müxtəlif sosial tədbirlər irəli sürür və icra edir. Belə fəaliyyətlər əvvəlcədən planlanmış və məqsədli şəkildə və ya belə işlərə ehtiyac yaranması əsasında həyata keçirilir. Hər iki halda belə tədbirlər vətəndaş mədəniyyətini artırmaq, daha sağlam icma həyatı təşviq etmək, məlumatlılığı artırmaq və ya sadəcə insanların rifahının yüksəltmək və fərdi səviyyədə insanların əziyyət çəkməsinin qarşısını almaq məqsədi daşıyır.

SAATLIDA BİR İMKANSIZ AİLƏ

34 yaşlı Qızqayıt Səfərova paytaxt Bakı şəhərindən 3 saatlıq məsafədə yerləşən aqrar ərazi Saatlı rayonunda doğulmuşdur. O hazırda Saatlı şəhərinin genişlənməsi nəticəsində hazırda ona birləşdirilmiş və onun bir tərkib hissəsi olan Molday kəndində doğulmuş və orada yaşamışdır. Rəsmi olaraq şəhər ərazisi sayılsa da, bu qəsəbə şəhər kimi görünməsinə baxmayaraq, orada kənd təsərrüfatı vasitəsilə (heyvandarlıq və əkinçilik) dolanan sakinlərin əvvəlki həyat tərzləri davam edir.

Qızqayıt evlidir, lakin onun həyat yoldaşı əlildir (anadangəlmə qolları yoxdur) və onlar 2 uşaq övladlığa götürüblər (rəhmətə getmiş bacısının qızlarını).

”Mən kənd məktəbində xadimə işləyirəm, lakin aldığım məvacib və yoldaşımın hökumətdən aldığı əlillik müavinəti daha yaxşı yaşamaq üçün yetərli deyil. Güzəranımızı yaxşılaşdırmaq üçün nə isə etmək istəyirdim, ancaq, məsələn heyvan saxlamaq üçün belə pul vəsaiti lazım olduğu halda, bizim heyvanlar üçün uyğun bir tövləmiz belə yox idi”.

Ailə hamam bir kənara qalsın, hətta tualeti belə olmayan bir daxmada yaşayırdı. Ev əşyaları arasında yalnız köhnə bir televizor və soyuducu var idi.


I FAZA, KASIB VƏ İMKANSIZ İNSANLARA MALİYYƏ XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİ

Mikromaliyyə təşkilatlarının (MMT) məqsədi maliyyə xidmətlərini ənənəvi bankçılıq sisteminə çıxışı olmayan əhalinin imkansız təbəqəsi üçün daha asanlıqla əlçatar etməkdir.

Bir çox mikromaliyyə təşkilatları kimi VF AzərKredit də birbaşa qadın müştərilərə maliyyə xidmətləri göstərməklə qadınları həvəsləndirməyə, onların bacarıq və iqtisadi vəziyyətini gücləndirməyə səy göstərir, çünki məhz qadınlar uşaqların böyüdülməsi üçün əsas məsuliyyət daşıyır və daha az iqtisadi imkanlara malik olurlar.

Eyni zamanda hətta MMT-lərin əksəriyyəti, o cümlədən VF AzərKredit də qadınlara üstünlük verilməsi ilə əlaqədar siyasətə malik olduqları halda, müştəri qadın və ya kişi olmasından asılı olmayaraq, onun ödəmə qabiliyyəti də ciddi nəzərə alınır.

Elə bu baxımdan da, bankların və MMT-lərin əksəriyyəti Qızqayıt və onun həyat yoldaşına kredit verməyə risk etməzdilər; lakin o, həyatında ilk kreditini kiçik bir məbləğdə VF AzərKreditin Saatlı şöbəsindən ala bilmişdir.

İlk kredit kiçik məbləğdə olmuşdur – cəmi 500 ABŞ dolları, və Qızqayıt yaxşı bir müştəri kimi özünü isbat etmiş, yaxşı ödəniş tarixçəsi nümayiş etdirmişdir.

İlk kreditini bağladıqdan sonra, Qızqayıt daha böyük bir kredit üçün müraciət etmiş və o, aldığı növbəti 400 ABŞ dolları məbləğində krediti yenidən heyvandarlığa sərf edilmişdir.

Ailə artıq bir inək və dayça əldə etdikdən sonra öz bizneslərini genişləndirmək məqsədilə, daha bir balalı inək və yem almaq qərarına gəlmişdi.

Ailə çox çalışmış və cəmi 2 kiçik kredit onların həyat şəraitinin yaxşılaşdırılması baxımından onların həyatında nəzərəçarpacaq dəyişikliklər etmişdi.

Qazandıqları gəlir ilə (inəkləri kökəldib satır, danaları isə saxlayırdılar) Qızqayıt heyvanlar üçün tövlə tikmiş və bununla da öz həyat və iş şəraitlərini yaxşılaşdıra bilmişdir.

Hazırda ailə 1000 ABŞ dollar məbləğində götürdükləri 3-cü kreditlərindən həyətlərində tualet və hamam tikmək üçün istifadə edirlər.

Köhnə hasar (və danalar) Yeni hasar
Yeni hamam Yeni tövlə/ Heyvanlar üçün dam

II FAZA, SOSİAL FƏALİYYƏT

Nəticə olaraq, VF AzərKreditdən götürdüyü 3 kreditin sayəsində Qizqayıt Səfərova yerli məktəbdə xadimə işləməklə yanaşı, heyvandarlığa başlaya bilmişdir.

Habelə, onun biznesi hər dəfə daha da yaxşılaşdığı halda, ailə hələ də heç bir şəraiti olmayan daxmada yaşayırdı.

Ailə həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlara yardım ayrılması üçün Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişdi.

Onların daxması çox təhlükəli vəziyyətdə olduğu üçün, Nazirlik onlara yeni ev tikilməsi üçün lazımı vəsaitin ayrılması haqqında sərəncam verdi. Bir ildən artıq çəksə də, son nəticədə hökumət Səfərovlar ailəsi üçün müasir görkəmli 3 otaqlı ev tikdirmişdi.

Ailə həyətlərində yavaş-yavaş böyük 3 otaqlı əsaslı bir binanın qalxmasını görməyə olduqca şad idi.

YENİ EV TİKİNTİ MƏRHƏLƏSİNDƏ KÖHNƏ VƏ TƏZƏ EVLƏR YANBAYAN

Daha bir müddət keçdikdən sonra ev tamamilə hazır oldu. Qızqayıt və onun ailəsi yeni evə köçmək üçün hazırlıq işlərinə başladılar. Lakin məlum oldu ki, otaqları yaxşı təchiz etmək üçün ailənin imkanı çatmır (daha doğrusu tamamilə imkanı yoxdur).

İmişli filialının rəhbərliyi ailəyə, xüsusilə də uşaqlara yardım etmək üçün təşkilatın rəhbərliyinə müraciət etdi və uşaq otağının mebel ilə təchizatı və bütün ailə üçün digər lazımı əşyaları təmin etmək üçün lazımı vəsaitin ayrılmasına təsdiq aldı.

Nəticə olaraq, aşağıdakı əşyalar alınaraq ailəyə verilmişdir: 2 çarpayı, 1 şkaf, 2 kitab rəfi, 2 masa (12 stul ilə birgə), qaz sobası, 2 lüstur, 2 xalça, yataq dəstləri (yorğanlar, balışlar və s.).

Əlbəttə ki, bütün bunlar ailəyə kömək edəcək, xüsusilə rahat yataqlarda yatan, ev tapşırıqlarını masanın üzərində edən (artıq dizlərində deyil) və əvvəl olduğu kimi yarım sınıq və ya plastik stullarda deyil, normal masada və stullarda oturaraq nahar yeyən uşaqlara daha çox faydalı olacaq.

Filial işçiləri bu xeyirxah ənənəni davam etdirmək niyyətində olaraq, ailəyə qaz xətti çəkilmək üçün maliyyə yardımı göstərməyə qərar vermişlər.

Əvvəl Sonra

Qızqayıt Səfərova həm kredit, həm də yardımlar üçün minnətdardır. Üçüncü kreditini bitirdikdən sonra o, daha böyük kreditə müraciət etməyi düşünür. O deyir:
"Kredit götürdükdən sonra, biz bir iş görə bildik və gəlirimizdən ailəmiz üçün istifadə etdik. Bizim həyat şəraitimiz VijnFond AzərKreditin maliyyə yardımı sayəsində çox dəyişdi. Kaş mən elə əvvəldən sizdən kredit götürəydim".


Yanvar 2012

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az