It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit İslam mikromaliyyəsi vasitəsilə daha çox əhaliyə xidmət göstərilməsi imkanlarını nəzərdən keçirir

VF AzərKredit İslam mikromaliyyəsi vasitəsilə daha çox əhaliyə xidmət göstərilməsi imkanlarını nəzərdən keçirir


25 ildən artıq bir yol keçən İslam bankçılığı və maliyyəsi kiçik bir ideyadan və müsəlmanların özünü ifadə vasitəsindən yetkin və sürətlə inkişaf edən bir sahəyə çevrilməkdədir. İslam bankçılıq sistemi İslam maliyyəsinin vacib komponentlərindən biridir. İslam maliyyəsinin əsasını hər şeyin sahibinin Allahın olmasını və insanın yalınız istifadə hüququna malik olmasını qəbul edən İslam qaydalarına və şəriətinə uyğun prinsiplər təşkil etdiyindən o, unikal xüsusiyyətlərə malikdir. Beləcə də, pul vəsaitlərindən istifadə bəzi xüsusi qaydalar əsasında həyata keçirilir. Ümumilikdə, İslam bankçılığna ilkin nəzər yetirdikdə risk və kapitalın bölüşdürülməsinin xüsusiyyətləri diqqəti cəlb edir. İslam bankçılığının ən əsas xüsusiyyətlərindən biri faizin (riba) qadağan olunmasıdır. İslam qaydaları maddi faydanın yalnız mənfəət və zərər bölüşdürülməsi formasında əldə olunmasını qəbul edir və maliyyələşdirilən layihənin faktiki məhsuldarlığı və fəaliyyət göstəricilərinə əsaslanan dəyişən gəlirlilik prinsipini əsas götürür.

Müxtəlif sorğuların nəticəsinə görə müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə bir çox insanlar ənənəvi maliyyə xidmətlərinin göstərilməsinə baxmayaraq, onlardan istifadə etmirlər. Bəzi insanlar hesab edir ki, ənənəvi bankçılıq sistemi İslam qaydalarında təsbit edilmiş maliyyələşdirmə prinsiplərinə ziddir. Buna görə də son illər bir sıra mikromaliyyə təşkilatları İslam maliyyələşdirmə prinsiplərinə uyğun məhsullar tələb edən azgəlirli müsəlman müştərilərə yönəlik xidmətlər göstərməyə başlamışlar ki, bu da öz növbəsində İslam mikromaliyyəsinin yeni bazar sahəsi kimi inkişafına gətirib çıxarmışdır.

VF AzərKredit yuxarıda sadalananları və regionlarda potensial müştərilərin dəfələrlə İslam maliyyələşdirməsindən istifadə istəklərini ifadə etdiklərini nəzərə alaraq, İslam qanunlarına uyğun olmayan maliyyə məhsullarından imtina edən əhalinin potensialını öyrənmək üçün araşdırmalar aparmaq qərarında gəlmişdir.

Beləliklə, VF AzərKredit AlHuda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi ilə müqavilə imzalamışdır ki, Azərbaycan bazarının İslam mikromaliyyəsi baxımından cari vəziyyəti öyrənilsin və eyni zamanda bu növ mikromaliyyə məhsullarının işlənib hazırlanması zamanı qarşıya çıxa biləcək çətinliklər araşdırılsın. Razılaşmaya əsasən Pakistanda yerləşən və dünyada İslam bankçılığını təhsil, təlim və müxtəlif maarifləndirmə tədbirləri vasitəsilə tanıdan AlHuda Mərkəzi Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Bakı ərazisində İslam mikromaliyyəsinin tətbiqi imkanlarının öyrənilməsi üçün bir sıra araşdırmalar aparmışdır.

``Bu razılaşma əhalisinin 99%-i müsəlman olan Azərbaycanda İslam mikromaliyyəsinin bünövrəsinin qoyulmasında mühüm bir etapdır ki, əhali bunu kifayət qədər uzun zamandır gözləyir. Bu, əhalinin maliyyə ehtiyaclarının İslam prinsiplərinə uyğun şəkildə ödənilməsi üçün atılan ilk addımdır``, deyə VF AzərKreditin İdarə Heyəti sədrinin müavini Samir Cəfərli qeyd etmişdir.

AlHuda Mərkəzinin direktoru Məhəmməd Zubair Muğalın söylədiklərinə əsasən araşdırma sübut etdi ki, şəhər və şəhər-kənd ərazilərində İslam maliyyəsinə tələbat böyükdür, lakin Azərbaycanda İslam maliyyəsinin inkişafı üçün hüquqi baza daha da təkmilləşdirilməlidir. ``Ümid edirik ki, yaxın zaman kəsimində bu məsələlər öz həllini tapacaq və İslam pərakəndə bankçılığı effektiv şəkildə fəaliyyət göstərməyə başlayacaqdır``, deyə Zubair Muğal əlavə etmişdir.

Hal-hazırkı mənzərə onu deməyə əsas verir ki, Azərbaycanda İslam maliyyə xidmətlərinə çıxışın təmin edilməsi üçün bu işdə marağı olan bütün tərəflər tənzimləyici bazanın inkişafı istiqamətində səylərini artırmalı və cəmiyyət arasında maarifləndirmə işlərini genişləndirməlidirlər.

AlHuda Mərkəzinin direktoru Zubair Muğal və VF AzərKredit İdarə Heyəti sədrinin müavini Samir Cəfərli razılaşmanı imzalayarkən.
Yanvar 2013

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az