It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit AMFA İllik Təltif Ziyafəti 2014-də 2 mükafata layiq görülmüşdür

İnnovativ Texnologiyalardan Effektiv İstifadə və Gender Bərabərliyi Mükafatları
VF AzərKredit AMFA İllik Təltif Ziyafəti 2014-də 2 mükafata layiq görülmüşdür


VF AzərKreditin son nailiyyətləri AMFA və beynəlxalq təşkilatlar tərəfindən builki AMFA Təltif Ziyafətində İnnovativ Texnologiyalardan Effektiv İstifadəGender Bərabərliyi Mükafatları ilə təqdir olunmuşdur.

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təqdim edilən İnnovativ Texnologiyalardan Effektiv İstifadə mükafatı VF AzərKreditin təqdim etdiyi məhsullar və xidmətlərin təkmilləşdirilməsində mütərəqqi və innovativ yeniliklərdən geniş istifadəsini qiymətləndirir.

VF AzərKredit bütün hüquqi aspektləri, daxili və xarici resursları nəzərə alaraq və eyni zamanda təşkilatın strategiyasını rəhbər tutaraq və ən əsası müştərilərin səsinə qulaq asaraq, daima öz müştərilərinə bir sıra yeniliklər təqdim edir. Bunlara misal olaraq yüksək texnologiyaların istifadə edildiyi aşağıdakı yenilikləri göstərmək olar:

  1. SMS məlumatlandırma xidmətinin təqdimatı – bu xidmətin əsas özəlliyi ondan ibarətdir ki, müştərilər kreditin ödəniş günündən 2 gün öncə ödəniş barədə SMS alırlar və bundan əlavə olaraq, onlara məhsullar və xidmətlərdə olan yeniliklər, xüsusi günlərdə təbrik SMS-ləri göndərilir.
  2. MilliÖN brendi altında fəaliyyət göstərən Milli Ödəmə Nöqtələri sisteminə qoşularaq Azərbaycanın bir sıra regionlarda, o cümlədən Bakı şəhərində (metrolarda, ticarət mərkəzlərində və s.) müştərilərə öz aylıq kredit ödənişlərini terminallar vasitəsilə ödəmək imkanı yaratmışdır. Ümumilikdə 2000-dən çox ödəmə məntəqəsi olan bu xidmət vasitəsi ilə insanlar həm Azərbaycan manatı və həm də ABŞ dolları ilə ödənişlərini həyata keçirə bilirlər.
  3. Müştərilərə daha yaxın olmaq və cəmiyyətin bizim fəaliyyətlərimizi daha yaxından izləyə bilməsi üçün VF AzərKredit müasir sosial media texnologiyalarından istifadəsinə də diqqət ayırır. Beləliklə də, təşkilatın əsas fəaliyyət sahələrini, yeni biznes sahələri (məsələn, sığorta) və digər sosial fəaliyyətləri əks etdirən qısa videolardan ibarət rəsmi YouTube video kanalı işə salınmışdır: www.youtube.com/user/VFAzerCredit

İkinci yüksək nailiyyətimiz isə həm müştərilər, həm də işçilərə münasibətdə gender bərabərliyin tətbiq olunmasına görə Avropa Yenidənqurma və İnkişaf Bankı, Frankfurt Maliyyə və Menecment Məktəbi və AMFA tərəfindən təqdim edilən Gender Bərabərliyi Mükafatıdır.

Gender Bərabərliyi Siyasəti VF AzərKreditin təşkilatı prosedurlarının, proqramlarının və layihələrinin ayrılmaz tərkib hissəsidir. Bu siyasət gender bərabərliyinin təmin olunması və davamlı olması üçün bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Bu isə VF AzərKreditin bu mükafata layiq görülməsində əsas rol oynamışdır:

  1. Təşkilatda çalışan qadın işçilərin sayında artımın olması (idarəetmə strukturunda və qadın kredit işçilərində) və qadın müştərilərin sayında artım.
  2. Gender bərabərliyinin tətbiq olunması və inkişafına yönələn fəaliyyət və institusional strategiyanın tətbiqi.

VF AzərKredit qadın işçilərinin, əsasən də qadın kredit işçilərinin işə cəlbi və işdə saxlanması yolunda bir sıra üsullardan istifadə edir. Misal üçün:

a) Bütün elan olunan vakansiyalarda “Qadın namizədləri aktiv olmağa çağırırıq” kimi ifadələr qeyd olunur.
b) Layihələrin dəstəklənməsi üçün imkan olduğu təqdirdə VF AzərKredit Qadınların cəmiyyətdə rolunun artırılmasına yönəlik layihələrə daima dəstək olur. Onlardan ikisi: Avropa Yenidənqurma və İnkişaf Bankı, Frankfurt Maliyyə Məktəbi və AMFA tərəfindən keçirilən Gender Bərabərliyinin Təşviqi layihəsi və İsveçrə İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “Kəndlərdə yaşayan qadınların iqtisadı cəhətdən dəstəklənməsi” Layihəsidir.
c) Qadın menecerlərin sayı həmçinin yüksəlir. Daxili qadın kadrlar təlimlərdən keçərək,  rəhbər vəzifəsinə yüksəlir və bu da öz növbəsində digər xanım işçiləri ruhlandırır.

Qadın müştərilərin cəlbi yolunda da bir sıra işlər görülür – mikro biznesləri olan bir sıra qadınlar belə ilk krediti götürməyə çətinlik çəkirlər.

a) Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə bütün mart ayı boyunca qadın müştərilər üçün endirim kampaniyası təşkil olunur.
b) Qadınların cəmiyyətdə və biznesdə gücünün artırılması üçün GALS alətləri vasitəsilə layihələr həyata keçirilir.
c) Kredit icraçılarının kredit portfelindəki qadın müştərilərin sayı daima nəzarət edilir və onlara bu göstəricilərlə bağlı hədəf təyin edilərək hər il işçilərin qiymətləndirilməsi zamanı həmin hədəflərə nail olunması nəzərdən keçirilir.

Müştərilərin kreditlərini daha rahat ödəyə bilmələri üçün daha çox mobil sistemlərdən istifadəyə çalışırıq, əsasən də qadın müştərilər üçün bu vasitələr nəzərdə tutulur ki, onların öz nəqliyyat vasitələri çox zaman olmur və onlar bu sahədə çətinlik çəkirlər.

Yanvar 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az