It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit İnsan Resurslarının İnkişafı üzrə mükafata layiq görüldü

VF AzərKredit İnsan Resurslarının İnkişafı üzrə mükafata layiq görüldü


İşçi heyətini təşkilatın ən əhəmiyyətli aktivi hesab edərək, Sosial Fəaliyyətin İdarə Olunması üzrə Universal Standartlara əsasən “İşçi heyətinə məsul yanaşma” prinsipini öz fəaliyyətində tətbiq edən VF AzərKredit Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 2015 İllik Təltif Şam Ziyafətində “İnsan Resurslarının İnkişafı üzrə Qabaqcıl Təcrübə” nominasiyası üzrə mükafata layiq görülmüşdür.

VF AzərKredit yerli əmək bazarından ixtisaslı kadrların şəffaf seçim prosesi ilə işə cəlb edilməsi, onların peşəkar inkişafı üçün formalaşmış uzunmüddətli daxili təcrübə, VF AzərKredit Akademiyası və beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi vasitəsilə əlverişli iş mühitinin təmin edilməsi, rəqabət qabiliyyətli mükafatlandırma sisteminin yaradılması, yüksək korporativ mədəniyyətin bir hissəsi olaraq işçi və müştəri məmnuniyyətinin daima izlənməsi, işçilərin təşkilatın missiya və məqsədlərinə sadiqliyinə nail olmaq və onları strateji hədəflərin müəyyən olunması prosesinə cəlb etmək məqsədilə müvafiq proses və sistemlərin formalaşdırılması istiqamətində mümkün bütün alət və imkanlardan istifadə edir ki, nəticədə əldə edilən nailiyyətlər həm daxildə mehriban komanda üzvləri tərəfindən, həm də kənardan yüksək qiymətləndirilir.

AMFA tərəfindən təqdim edilmiş bu mükafatda təşkilatın artıq sayı 800-i ötmüş və Azərbaycanın müxtəlif rayon və şəhərlərində müştərilərə yüksək keyfiyyətli xidmət təqdim etmək üçün əzmlə çalışan əməkdaşlarının hər birinin öz töhfəsi vardır. Təşkilatın qarşıya qoyduğu hədəflərə çatması  naminə çalışan bütün həmkarların öz zəhmətlərinin bəhrəsini birlikdə inkişafda görməsi VF AzərKredit üçün daha böyük uğurlar vəd edir.

Yanvar 2015

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az