It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit müştərilərə yeni güzəştlər təklif edir

VF AzərKredit müştərilərə yeni güzəştlər təklif edir


VF AzərKredit ABŞ dollarının Azərbaycan manatına nisbətən olan rəsmi məzənnəsinin dəyişməsini nəzərə alaraq, ABŞ dollarında krediti olan müştərilərin qarşılaşdığı çətinliklərin nisbətən yumşaldılması üçün bəzi əlverişli təkliflər edir.

Belə ki, müştərilərin aylıq ödəniş məbləğinin azaldılması məqsədilə onlara heç bir əlavə komissiya və illik faiz dərəcəsi tətbiq olunmadan, yəni kreditin  cari məbləğinin üzərinə heç bir əlavə xidmət haqqı hesablamadan kredit müddətini 60 aya qədər uzatmaq təklif olunur.

Bununla yanaşı xüsusi mövsümi biznes ilə məşğul olan müştərilərə isə güzəşt müddəti  təklif olunur.

Əlavə olaraq, kredit müqaviləsi üzrə qalıq əsas məbləğ üzrə borc birdəfəlik ödənildiyi təqdirdə isə müştəriyə yığılmış faiz məbləği, gecikmə cəriməsi və erkən bağlanma haqqının bağışlanması da təklif olunur.

VF AzərKredit ümid edir ki, təklif olunan bu güzəştlər müştərilərin borc yükünün qismən azaldılmasına xidmət göstərəcəkdir və kredit mədəniyyətinin yüksək səviyyədə saxlanılmasına töhfə verəcəkdir.
Yanvar 2016

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az