It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AZƏRKREDİT XİDMƏTLƏRİN ŞƏFFAFLIĞINI TƏŞVİQ EDƏN TƏŞKİLAT KİMİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR

VF AZƏRKREDİT XİDMƏTLƏRİN ŞƏFFAFLIĞINI TƏŞVİQ EDƏN TƏŞKİLAT KİMİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR


Azərbaycan Mikromaliyyə Assosiasiyasının Azərbaycanın Mikromaliyyə sektorunun əsas təmsilçilərinin, o cümlədən 20 üzv təşkilatdan və üzv olmayan banklardan, yerli maliyyə qurumlarından və beynəlxalq təşkilatlardan nümayəndələrin iştirakı ilə 27 yanvar tarixində keçirdiyi 5-ci İllik Təltif Şam Ziyafətində VF AzərKredit "Mikromaliyyə sektorunda xidmətlərin şəffaflığını təşviq edən təşkilat" mükafatına layiq görülmüşdür.

Mükafat VF AzərKreditə 5 nəfərdən ibarət olan təltif komitəsi tərəfindən məhsul və xidmətlərin bütün xüsusiyyətləri, xüsusilə də kreditlərin dəyəri haqqında bütün məlumatları, o cümlədən (a) faiz dərəcəsi; (b) hesablama metodu; (c) bütün haqlar və komisyonlar; (d) xüsusi məhsullar üçün tələb olunduğu halda girov ilə əlaqədar məsrəflər (girov, sığorta); (e) gecikmə cərimələri; (f) erkən ödəniş haqları barədə məlumatları şəffaf şəkildə açıqladığına görə verilmişdir.

VF AzərKredit Smart Campaign kampaniyasının Müştəri Mühafizəsi Prinsiplərini qəbul etmişdir və təcrübədə bu prinsipləri, o cümlədən şəffaflıq prinsipini müvafiq qaydada tətbiq etməyə çalışır. Təşkilatın bu cür prinsipləri fəaliyyətində rəhbər tutması investorlar, peşəkar assosiasiyalar və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Məsələn, 2009-cu ildə MF Transparency təşkilatı VF AzərKrediti Azərbaycanın mikromaliyyə sektorunda ən şəffaf təşkilat kimi mükafatlandırmışdı.

bu mükafat və təltiflər qiymətlər və məhsul və xidmətlərin digər şərtləri barədə məlumatların şəffaf şəkildə açıqlanması istiqamətində təşkilatın bu günə qədər həyata keçirdiyi işlərin nəticəsidir. İşçilərin, xüsusilə də kredit icraçılarının üzərinə mövcud məhsullar, kredit şərtləri, kreditin verilməsi və qaytarılması prosedurları, müştərilərin hüquq və öhdəlikləri, artıq borlanma və s. haqda müştərilərə ətraflı məlumat vermək öhdəliyi qoyan müvafiq siyasət və prosedurlar işlənib hazırlanmış və təsdiqlənmişdir. Bütün işçilərə, digər məsələlərlə yanaşı, tez-tez xatırladılır ki, onlar məhsulların reklamından başlamış kredit hesabının bağlanmasına qədər müştərilərlə münasibətlərin bütün mərhələlərində şəffaflığı təmin etməlidirlər.


Potensial müştəriyə öncədən illik faiz dərəcəsi, kredit müddəti ərzində tutulacaq bütün digər haqlar, ödəniş cədvəli və ümumiyyətlə kredit müddəti ərzində həyata keçiriləcək bütün ödənişlərin sayı, gecikməyə görə cərimələr, erkən xitam vermə şərtləri və bu cür haqların/ödənişlərin tarixləri və müəyyənləşdirilməsi qaydası barədə məlumat verməkdən əlavə ona həmin haqların/ödənişlərin necə hesablandığı izah edilir.

Müştərilərə həmçinin gələcək suallarını yönləndirmək və verilən məlumatdan narazı qaldıqları halda şikayətlərini çatdırmaq üçün müvafiq əlaqə nömrələri təqdim edilir.

VF AzərKredit müştəri mühafizəsi prinsiplərinin hamısının təcrübədə tam tətbiq edilməsi və dəyərli müştərilərinə münasib və şəffaf xidmətlərin təqdim edilməsi istiqamətində səylərini daima davam etdirəcəkdir.

Fevral 2012

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az