  Məsuliyyətli qiymət qoyma prinsipinə riayət edən və həmişə müştərilərinin rifahını yaxşılaşdırmağa çalışan BOKT VF AzərKredit, birinci dəfə kredit götürən müştərilər üçün faiz dərəcələrini 2-4% aşağı salıb. Bundan başqa, 2013-cü ilin mart ayı ərzində ilk dəfə və təkrar kredit götürən qadın müştərilər bütün məhsullar üzrə 6% güzəşt əldə edəcəklər.
VF Azərkredit başa düşür ki, bütün maliyyə təşkilatları məhsul və xidmətlərə elə qiymət qoymalıdırlar ki, təşkilatın maliyyə dayanıqlığını təmin etməklə yanaşı, müştərilərinin uzunmüddətli maliyyə sağlamlığına kömək edə bilsinlər. Buna görə də VF Azərkredit davamlı olaraq qiymətləri əlverişli və münasib səviyyədə müəyyən etməklə, ayırdığı vəsaitin həqiqətən də dəyərli olmasına çalışır.

|