It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AZƏRKREDİT FAİZ DƏRƏCƏLƏRİNİ ENDİRDİ

VF AZƏRKREDİT FAİZ DƏRƏCƏLƏRİNİ ENDİRDİ


VF AzərKredit daima öz müştərilərinin tələb və istəklərini nəzərə alaraq, onlara əlverişli məhsullar və xidmətlər təqdim etməyə çalışır. Məhsulların çeşidinin artırılması və filial şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təşkilat əməliyyat xərclərini optimallaşdırmaqla, müştərilərin məhsul və xidmətlərdən istifadə xərclərini azaltmağa çalışır. Bunun nəticəsi olaraq, 3 mart 2014-cü il tarixindən etibarən VF AzərKredit kreditlər üzrə faiz dərəcələrini 3-4% endirmişdir. Yeni tətbiq olunan faiz endirimi xüsusilə də VF AzərKreditlə birgə böyüyən və inkişaf edən daimi müştərilərimizə bir töhfə kimi qiymətləndirilə bilər.

Bundan əlavə, öz gözəl ənənələrindən birinə sadiq qalaraq, VF AzərKredit Beynəlxalq Qadınlar Gününə həsr olunmuş endirim kampaniyası elan etmişdir. Mart ayı boyunca yeni və təkrar qadın müştərilər bütün kredit məhsullarına 4%-lik endirimdən yararlana biləcəklər.  VF AzərKredit daima qadınların səlahiyyətlərinin  və hüquqlarının artırılmasına və eyni zamanda qadının cəmiyyətdə və biznesdə rolunun artırılmasına böyük diqqət ayırmışdır. Bu baxımdan qadınlar üçün əlavə imkanlar və güzəştlər yaratmaqla, təşkilat onların biznes hədəflərinə nail olmalarına yardım edir.

VF AzərKredit  inanır ki, yeni faiz dərəcələri həm yeni və həm də təkrar müştərilərinin gözləntilərini qarşılayacaq və onların şəxsi bizneslərini daha effektiv idarə etməyə yardımçı olacaqdır.

Fevral 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az