It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit 2014-cü ili yeni nailiyyətlərlə başa vurdu

VF AzərKredit 2014-cü ili yeni nailiyyətlərlə başa vurdu


Müştəriləri məhsul çeşidlərinin müxtəlifliyi və yüksək müştəri xidməti ilə sevindirən VF AzərKredit Zaqatala, Kürdəmir, Masallı, Neftçala, Quba və Şamaxıda daha yeni  6 filialını istifadəyə verərək, 2014-cü ildə xidmət ofislərinin sayını 45-ə çatdırmış oldu. Yeni istifadəyə verilmiş filiallar daxil olmaqla, təşkilatın fəaliyyətinin əsas məqsədi kənd təsərrüfatı və digər müxtəlif kiçik biznes sahələrində çalışan və öz biznesini inkişaf etdirmək arzusunda olan əhaliyə dəstək verməkdir.

2014-cü ilin sonuna müştəri sayı 80 minə yaxınlaşmaqla, kredit portfelinin həcmi 87 milyon ABŞ dollarını keçdi. İl ərzində işçi heyətinin sayının 200 nəfər artaraq 787 nəfərə çatması isə mehriban VF AzərKredit kollektivinin öz missiyasına sadiq qalaraq, yüksək komanda ruhu ilə irəliləyən illərdə daha böyük nəticələr əldə edəcəyinə təminat verir.

İl ərzində məhsul və xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən səylər nəticəsində ölkənin 1000-dən çox müxtəlif nöqtələrində ödəmə terminalları vasitəsilə kredit ödənişlərinin edilməsi imkanı yaradıldı, o cümlədən internet üzərindən ödəniş platformasının hazırlanması işinə başlanıldı. Habitat for Humanity təşkilatı ilə birlikdə ev tikinti və təmir kreditləri məhsulunun təkmilləşdirilməsi işi aparıldı ki, nəticədə il ərzində 20 mindən çox müştəri ev şəraitinin, bununla yanaşı biznes imkanlarının yaxşılaşmasına nail oldu. Kredit həyat sığortası məhsulunun tam olaraq kreditləşdirmə prosesinə inteqrasiyası ilə yanaşı, yeni sığorta məhsullarının təqdim edilməsi layihəsinin sınaqlarına başlanıldı. Nəticələri yaxın gələcəkdə bəlli olacaq bir sıra yeni məhsul və xidmət təkmilləşdirmə işlərinin əsasının qoyulması təşkilatın dinamik inkişafda israrlı olmasının göstəricisidir.

Göstərilən səylər il ərzində müxtəlif mükafatların əldə edilməsi ilə də yadda qaldı ki, bunlar arasında  AMFA İllik Təltif Ziyafəti 2014-də təqdim edilmiş İnnovativ Texnologiyalardan Effektiv İstifadə və Gender Bərabərliyi mükafatları və müştərilər və işçiyə yanaşma baxımından şəffaflıq və məsuliyyətli maliyyələşdirmə siyasəti tətbiq etdiyi üçün MİX təşkilatı tərəfindən Azərbaycanda ilk dəfə təqdim edilmiş S.T.A.R. Sertifikatı oldu.

“Sosial Fəaliyyətin İdarə Olunmasının Universal Standartları”nı və SMART Kampaniyasının “Müştəri Mühafizəsi Prinsipləri”ni daima işində rəhbər tutan VF AzərKreditə Qafqazda ilk dəfə olaraq Müştəri Mühafizəsi Sertifikatının təqdim edilməsi isə ilin əsas nailiyyətlərindən biri  oldu. Təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüsün bir parçası olaraq VF AzərKredit müştərilərinə və işçilərinə məsuliyyətli yanaşma prinsiplərinin dayanıqlı inkişaf üçün əsas şərtlərdən biri olduğuna inanır.

İl ərzində VF AzərKredit həmçinin məsuliyyətli maliyyələşdirmə siyasəti çərçivəsində cari və potensial müştərilər üçün maliyyə savadlılığı mövzusunda bir sıra beynəlxalq və yerli əhəmiyyətli tədbirlər təşkil etdi. Bu baxımdan beynəlxalq Mikromaliyyə Mərkəzinin (MFC) təşkil etdiyi “Düşün, borc al!” Kampaniyası və Azərbaycan Respublikasının Mərkəzi Bankınının təşkil etdiyi “Maliyyə Savadlılığı” aylığı çərçivəsində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşımışdır.

Növbəti illərdə də nailiyyətlərin sayının artmasına və məzmunun şaxələnməsinə nail olmaq üçün VF AzərKredit heyəti yüksək əzmkarlıqla çalışacaqdır!
Fevral 2015

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az