It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu


Bütün istehlakçılara hüquqlarını həyata keçirmələri, o cümlədən müraciətlərini – sorğular, şikayətlər, xahişlər (ərizələr) və təkliflərini asanlıqla yazılı və şifahi şəkildə bildirmələri və müraciətlərinə operativ və effektiv şəkildə cavab almaları üçün 31.01.2014-cü il tarixində Marketinq və Məhsulların İnkişafı  Departamenti daxilində Müştəri Xidmətləri Şöbəsi yaradılmışdır. Şöbənin yaradılmasında digər məqsədi isə müştəri məmnunluğunu ölçmək və artırmaq, məhsul və xidmətlərin inkişaf etdirilməsinə töhfə vermək üçün müştəri rəylərini əldə edilməsi istiqamətində əvvəllər də Marketinq Departamenti tərəfindən görülmüş işləri daha sistemləşdirilmiş şəkildə təkmilləşdirmək olmuşdur.

Şöbə, həmçinin, Azərbaycan Respublikasının “Bank Olmayan Kredit Təşkilatları haqqında Qanunu”nda, Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş “Banklarda və Bank Olmayan Kredit Təşkilatlarında Maliyyə Xidmətləri İstehlakçılarının Müraciətlərinə Baxılmasına dair Metodoloji Rəhbərlik”də, SMART Kampaniyasının Müştəri Mühafizəsi Prinsiplərində, Sosial Fəaliyyətin İdarə Edilməsinə dair Universal Standartlarda, Azərbaycan Respublikasının digər müvafiq normativ – hüquqi aktlarında və VF AzərKreditin tərəfdaş olduğu beynəlxalq müqavilələrdə istehlakçıların hüquqlarının müdafiəsinə dair nəzərdə tutulan prinsiplərin VF AzərKreditin biznes proseslərinə müvafiq şəkildə tətbiq edilməsini təmin edir.

Müştəri müraciətlərinin qəbul olunması üçün nəzərdə tutulmuş aşağıdakı kanallar Şöbə əməkdaşları tərəfindən idarə edilir:

-          İş saatlarında və iş saatlarından sonra müştəri müraciətləri üçün  açıq olan qaynar xətt nömrəsi – 050 2873037;

-          İş saatlarında müştəri müraciətləri üçün  açıq olan şəhər telefon nömrəsi – 012 5974817 (dax.303);

-          VF AzərKreditin internet səhifəsindəki Müraciət bölməsi – www.azercredit.az/az/contacts;

-          E-poçt ünvanı – muraciet@azercredit.az;

-          VF AzərKreditin Baş Ofisinin faks nömrəsi - 012 5973039;

-          Müştərilərin məktub göndərə bilmələri üçün Şöbənin poçt ünvanı – Bakı şəhəri, AZ1009, S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi, World Business Center, 3-cü mərtəbə.

-          Filial və nümayəndəliklərdə quraşdırılmış şikayət və təklif qutuları.

Artıq yaradıldığı ildə, yəni 2014-cü ildə 1457, 2015-ci ildə 2190, 2016-cı ildə isə 1718 müraciət Şöbə tərəfindən ətraflı şəkildə araşdırılaraq öz həllini tapmışdır ki, onların təsnifatı ilə aşağıda tanış ola bilərsiniz. Tənzimləyici orqanlar və digər dövlət qurumları, həmçinin, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, millət vəkilləri və sair mənbələrdən müştəri şikayət və xahişləri ilə bağlı daxil olmuş müraciətlərə də Təşkilat daxilində qısa zamanda baxılaraq cavablandırılmasına da Şöbə öz töhfəsini vermişdir. Bununla yanaşı, Şöbə vaxtaşırı olaraq müxtəlif müştəri məmnuniyyəti sorğuları, istehlakçı rəylərini toplamaq üçün araşdırmalar və sair tədqiqatlar apararaq, VF AzərKreditin istehlakçılarla daimi olaraq əks-əlaqəsini təmin etmişdir.

Bu işlərdə Şöbənin ən böyük mükafatı isə müraciətlərinin öz həllini tapdığına görə minnətdarlığını bildirən müştərilərin məmnuniyyəti və məhsul və xidmətlərin təkmilləşdirilməsinə verilmiş töhfələrdir!

2014-cü ildə daxil olmuş müraciətlər


2015-ci ildə daxil olmuş müraciətlər


2016-cı ildə daxil olmuş müraciətlər





Fevral 2017

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

Dekabr 2016

VF AzərKreditin fəaliyyətinin 20 illiyi münasibətilə veteran əməkdaşlar öz təcrübələrini bölüşdürür

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az