It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Sosial Fəaliyyət hesabatına görə VF AzərKredit Platin Mükafat almışdır

Sosial Fəaliyyət hesabatına görə VF AzərKredit Platin Mükafat almışdır


Son bir neçə il ərzində mikromaliyyə təşkilatlarının təkcə inkişafı və maliyyə davamlılığına deyil, həm də onların öz sosial məqsədlərini nail olmaq üçün göstərdikləri səylərinə sadiqliyinə və şəffaflığına da diqqət yetirilir.

Sosial fəaliyyətinin monitorinqi və idarə edilməsinə sadiq olan mikromaliyyə təşkilatlarını tanıtmaq üçün, MİX (Microfinance Information eXchange), Mişel və Susan Dell Fondu, Ford Fondu və CGAP konsorsiumu sosial fəaliyyət hesabatlarında şəffaflığı təşviq etmək və sosial fəaliyyətin idarə olunmasında qabaqcıl təcrübələri tanıtmaq məqsədilə 2009-cu ildən etibarən mükafatlandırma proqramı təşkil etmişdir.

Beynəlxalq səviyyədə tanınmış sosial fəaliyyət nailiyyətləri sayəsində VF AzərKredit sosial fəaliyyət hesabatlılığına görə “MİX Market”dən 2009-cu ildə Gümüş Mükafat, 2010-cu ildə Qızıl Mükafat, 2011-ci ildə isə yeni təqdim olunmuş Platin Mükafatı almışdır. Platin Mükafat MİX tərəfindən 2011-ci il üçün ən ali mükafat kimi təqdim olunmuşdur.

VF AzərKredit Azərbaycanda MİX Market-dən bu mükafatı alan yeganə təşkilatdır. Bu da VF AzərKreditin sosial fəaliyyətin idarə olunması və şəffaflıq hesabatlılığına ciddi yanaşmasının nəticəsidir.



Balanslaşdırılmış maliyyə və sosial fəaliyyət VF AzərKreditə imkan vermişdir ki, o, Azərbaycanda fəaliyyət göstərən ikinci ən böyük bank olmayan kredit təşkilatına çevrilsin və 2011-ci ildə 2010-cu il illə müqayisədə 28 % daha çox müştəriyə yetişərək, kredit portfelini 52% artırmış olsun. Hal-hazırda biz 14-ü maliyyə xidmətlərinin nisbətən zəif təklif olunduğu kənd əraziləri olmaqla, 19 rayonda, 8 filial və 16 şöbə vasitəsilə 50,000-dən çox müştəriyə xidmət edirik. VF AzərKredit tərəfindən verilmiş kreditlər sayəsində 2011-ci il ərzində 54.272 iş yerləri yaradılmışdır. Bundan faydalanan uşaqların sayı isə 30.731 olmuşdur.

Hazırda müştərilərə təqdim olunan mühüm məhsullarımız bunlardır: 1) Fərdi şəxslərə və həmrəy qruplara verilən mikro və kiçik biznes kreditləri birbaşa müştərilərin bizneslərini dəstəkləmək məqsədilə verilir; 2) Məişət kreditləri ev əşyaları, mebel və s. alınmasını maliyyələşdirir; 3) Ailə kreditləri az təminatlı ailələrə uşaqlarının təhsili, yeni ev tikilməsi və ya köhnənin təmir olunması, tibbi yardım almaq və s. məqsədilə verilir.

VF AzərKredit daha çox kasıb insanların bizneslərini inkişaf etdirmək və həyatlarında müsbət dəyişikliklərə nail olmaları üçün maliyyə xidmətlərinə çıxışını artırmaq məqsədilə müştərilərinə təqdim etdiyi maliyyə xidmətlərini davamlı olaraq müxtəlifləşdirir.

Sosial Fəaliyyət Hesabatı Mükafatları haqqında əlavə məlumat üçün, zəhmət olmasa bu səhifəyə baxın: http://www.themix.org/press-release/recognizing-commitments-transparent-social-performance-reporting-and-management#ixzz1qIR9es1s

VF AzərKreditdə SFİ üzrə daha ətraflı məlumat üçün zəhmət olmasa Mikromaliyyə Mərkəzinin əməkdaşları Eva Bankovska və Katerine Knots tərəfindən hazırlanmış VF AzərKreditin Təcrübi Nümunəsi sənədini aşağıdakı link vasitəsilə oxuyun: http://www.mfc.org.pl/sites/mfc.org.pl//files/Case Study on VF AzerCredit.pdf
Mart 2012

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az