  Mikrokredit Sammit Kampaniyası (Microcredit Summit Campaign) – ABŞ-da yerləşən “RESULTS Educational Fund” təşkilatının layihəsi olaraq, mikromaliyyə sahəsində fəaliyyət göstərən təşkilatlar və fərdlərin qlobal şəbəkəsidir və 2015-ci ilədək aşağıdakı 2 hədəfə nail olmaq məqsədini daşıyır:
- 175 milyon ən yoxsul ailəyə mikro maliyyə vasitəsilə dəstək olmaq;
- 100 milyon ailənin ifrat yoxsulluqdan xilas olmasına kömək etmək.
Mikrokredit Sammit Kampaniyası dünyada mikromaliyyə sahəsində fəaliyyət göstərən və bu sahədə ən yaxşı təcrübələrin yayılması, məlumat və biliklərin bölüşdürülməsi və ümumi məqsədlərə nail olunmasını təmin etməyə çalışan mikromaliyyə işçiləri, vəkilləri, təhsil müəssisələri, donor agentlikləri, beynəlxalq maliyyə institutları, qeyri-hökümət təşkilatlarını və maraqlı digər tərəfləri bir araya gətirir.
İnstitusional Fəaliyyət Planı Mikrokredit Sammit Kampaniyasının əsas alətidir. İFP-ni doldurmaqla, Mikromaliyyə Praktikləri və Assosiasiyaları Şurasının üzvləri son il ərzində yoxsul, ehtiyac içində olan əhaliyə maliyyə və qeyri-maliyyə xidmətlərinin göstərilməsi istiqamətində əldə etdikləri uğurlar, o cümlədən yoxsulluqdan xilas olmuş müştərilərin sayı haqqında hesabat verir.
VF AzərKredit Kampaniyanın tədbirlərində aktiv iştirak edərək, müəyyən olunmuş məqsədlərə çatmaq üçün öz töhfəsini verməyə çalışır. Bu sahədə VF AzərKredit tərəfindən təqdim olunan İnstitusional Fəaliyyət Planı xüsusilə qeyd olunmalıdır ki, həmin plan da cari trendləri daha da canlı təsvir edən və tərəfdaş təşkilatları Kampaniyanın məqsədlərinə və öhdəliklərinə sadiq qalmasını təmin edən “Yoxsulluq Hesabatı”nın tərtib olunması ilə nəticələnmişdir.
Kampaniyaya verdiyi töhfələrin qiymətləndirilməsi əlaməti olaraq, VF AzərKredit Kampaniya tərəfindən “2012-ci il Təşəkkür Sertifikatı” ilə təltif olunmuşdur.

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.microcreditsummit.org səhifəsinə baxın. |