It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Aprel — Mikromaliyyə Ayı

Aprel — Mikromaliyyə Ayı


Maarifləndirmə fəaliyyətinin əhəmiyyətini daim diqqətdə saxlayan VF AzərKredit təşkilatı Aprel- Mikromaliyyə Ayı layihəsinin icrasına qoşulur. Tələbə təşəbbüsü olan Mikromaliyyə Ayının əsas məqsədi tələbələrin mikromaliyyə sahəsində bilik və bacariqlarının artırılmasıdır (layihə ilə bağlı ətraflı məlumat: http://monthofmicrofinance.org.

 

Seminarlarımızda iştirak edin!

Layihə çərçivəsində VF AzərKredit Azərbaycanın 2 aparıcı universitetləri olan Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetlərində ödənişsiz əsaslarla seminarlar təşkil etməyi planlaşdırır. Mikromaliyyə mövzusuna həsr edilən seminarlarda spiker qismində çıxış edəcək VF AzərKredit təşkilatının mikromaliyyə eksperti tələbələri Mikromaliyyə Təşkilatlarının dünyada və Azərbaycanda yaranması, onların dünya bazarında rolu, kredit mədəniyyətinin formalaşmasında mikromaliyyənin payı və bu kimi digər mövzularında məlumatlandıracaq. İştirakçılara həmçinin mikromaliyyənin yoxsul və aşağı təminatlı insanların həyatına təsiri ilə bağlı yerli və beynəlxalq video materiallar nümayiş olunacaqdır. Seminar iştirakçiları VF AzərKredit təşkilatı tərəfindən iştirakla bağlı sertifikatla təltif olunacaqlar.

Harda və Nə vaxt?

Azərbaycan Dövlət İqtisad Universiteti

Tarix: 22 Aprel,2014-cü il Saat: 10:00- 11:30

Yer: ADİU. Əsas korpus,İkinci mərtəbə, Kiçik Akt Zalı

Qafqaz Universiteti

Tarix: 24 Aprel,2014-cü il, Saat: 13:00-14:30

Yer: Qafqaz Universiteti, İBF binası, Akt zalı

Müsabiqələrimizə qoşulun!

Layihə çərçivəsində VF AzərKredit tələbələri foto və inşa müsabiqəsinə qoşulmağı və aktiv olmağa səsləyir. Belə ki, “Mikromaliyyənin Kiçik Sahibkarlığın İnkişafında Rolu” mövzusunda yazılmış ən yaxşı iki inşa mükafatlanıdırlacaq.

Əlavə olaraq, kreativ yanaşması olan tələbələri foto müsabiqəsində iştirak edərək  “Geniş Anlayışlı Mikromaliyyə Sözünü Bir Foto ilə” ifadə etməyə çağırırıq.

Layihənin Qızıl və Gümüş qalibləri təşkilatımız tərəfindən mükafatlandırılacaq. Hər iki müsabiqənin Qızıl qaliblərinin (ümumilikdə 2 nəfər)  yay aylarında VF AzərKreditdə 3 aya qədər davam edən təcrübə proqramından yararlanmaq imkanı olacaq. Müsabiqələrin Gümüş qaliblərini (ümümilikdə 2 nəfər)  isə 50 AZN dəyərində hədiyyə kuponu gözləyir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslərdən 30 Aprel, 2014-cü il tarixindən gec olmayaraq, inşa və fotoları contest@azercredit.az ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat:

www.azercredit.az

www.monthofmicrofinance.org

contest@azercredit.az

Tel: (+994 12) 597 48 17/ 18

Mikromaliyyə insanlara necə kömək edir – Siz də öyrənin!

Mart 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az