It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKreditdən ABŞ dolları ilə kredit götürmüş müştərilərə güzəştlər

VF AzərKreditdən ABŞ dolları ilə kredit götürmüş müştərilərə güzəştlər


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində müəyyən edildi ki, bu da Azərbaycan manatının 34%-ə yaxın devalvasiyası ilə nəticələndi.

Mərkəzi Bankın bəyanatında göstərilir ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək məqsədilə qəbul edilmişdir ki, manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.

Lakin manatın bu həddə devalvasiyası bank sektoru üçün gözlənilməz olmaqla yanaşı ABŞ dolları ilə kredit götürmüş bəzi müştərilərin ödənişlərində çətinliklərin yaranmasına səbəb olmuşdur.

Bu çətinlikləri və müştərilər tərəfindən edilən müraciətləri nəzərə alaraq, VF AzərKredit ABŞ dolları ilə kredit götürmüş müştərilərə aprel ayı boyunca kredit müddətinin uzadılması və kredit faizlərində, yığılmış cərimələrdə və komisyon haqlarda güzəştlər təklif edir. Müvafiq güzəştlərdən istifadə etmək istəyən müştərilər onlara xidmət göstərən filiallara yaxınlaşmalı və daha ətraflı məlumat almaqla, güzəştlərdən faydalanmaq üçün yazılı müraciət təqdim etməlidirlər. Müraciətlərə kredit komitələri mümkün ən qısa zamanda baxacaqdır.

VF AzərKredit ümid edir ki, müştərilərə təqdim edilən bu güzəştlər cari kredit yükünü yumşaltmaqla, müştərilərin çətinlikləri qısa zamanda aşmalarına yardım edəcək və onların bizneslərinin zərər görməməsinə şərait yaradacaqdır.



*www.xe.com məlumatları əsasında hazırlanıb

Mart 2015

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az