It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Sosial Fəaliyyət Fondunun yeni layihəsinə qoşuldu

VF AzərKredit Sosial Fəaliyyət Fondunun yeni layihəsinə qoşuldu




Sosial Fəaliyyətin İdarə Olunması üzrə Standartları öz fəaliyyətinin tərkib hissəsi hesab edən VF AzərKredit Sosial Fəaliyyət Fondunun dəstəyi ilə AMFA-nın təşkil etdiyi yeni layihəyə qoşulmuşdur.

SPİ 4 alətinin inteqrasiyası və ölkə hesabatının hazırlanmasını nəzərdə tutan layihənin ilk təlim görüşü mart ayının 2-də VF AzərKreditin Baş Ofisində baş tutdu. AMFA-nın üzv təşkilatlarının iştirakı ilə həyata keçirilən təlim görüşü iştirakçıların böyük marağına səbəb oldu.

Beynəlxalq təlimçi qismində çıxış edən Mikromaliyyə Mərkəzinin (MFC) nümayəndəsi Kinga Dobrowskaya maliyyə institutlarının fəaliyyətində sosial fəaliyyət alətlərinin labüd rolundan bəhs edərək, bu alətlərin tətbiqinin təşkilatlara verəcəyi töhfə və üstünlükləri xüsusi vurğuladı.

Tədbirin əsas məqsədi maliyyə təşkilatlarına Sosial Fəaliyyət Fondunun bu proqramının onlara verdiyi əsas fayda və üstünlüklər haqqında ətraflı məlumat vermək, təşkilat nümayəndələrini SPİ 4 alətindən daha səmərəli tətbiq edilməsi ilə tanış etmək və sosial fəaliyyət üzrə toplanmış məlumatların yerli və xarici maraqlı tərəfdaşlara təqdim edilən hesabatlar zamanı daha effektiv istifadəsinin müzakirəsi olmuşdur.

Həm nəzəri məlumat, həm də praktik tapşırıqlarla zəngin olan təlimdə iştirakçılar onları maraqlandıran bir sıra əhəmiyyətli suallara cavab tapmış və SPİ4 aləti üzrə qrup məşğələlərində aktivlik nümayiş etdirərək, Universal Standartların indikatorları üzrə təcrübələri müzakirə etmişlər.

VF AzərKredit bu layihə vasitəsilə sosial fəaliyyət baxımından formalaşmış zəngin təcrübəsini qabaqcıl standartlara tam uyğunlaşdırmağı hədəfləyir.

Mart 2016

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az