It looks like your browser or firewall blocked (disabled) JavaScript support. Please enable it for viewing this site. How to enable scripting in your browser
ABŞ-ın yardım, inkişaf və dəstək təşkilatı “World Vision” tərəfindən insanların öz yaşayış güzəranını idarə edə bilmələrini təmin etmək üçün onlara kreditlərin verilməsi məqsədilə 1996-cı ildə yaradılmış BOKT Vijn Fond AzərKredit bu günə qədər çox sayda aztəminatlı ailəyə inkişaf etməyə və dayanıqlı həyat tərzi qurmağa kömək etmişdir.
Dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərən “Vision Fund İnternational” (“World Vision” təşkilatının mikromaliyyə törəməsi) tərəfindən təşkil edilən şəbəkənin üzvü olmaqla, VF AzərKreditin missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətləri göstərməkdir.
Beləliklə yarandığı ilk gündən etibarən, VF AzərKredit xüsusilə kənd ərazilərində yaşayan kasıblara ailələri üçün daha yaxşı güzəran yaratmaq məqsədilə bizneslərini möhkəmləndirmək üçün mikro və kiçik kreditlər vermişdir ki, bu da öz növbəsində daha az insanın yoxsul yaşaması və daha çox insanın sağlam və təhlükəsiz həyat şəraiti ilə təmin olunması ilə nəticələnmişdir.
Münasib şərtlərlə qrup və fərdi kreditlər təklif edərək, mehriban işçiləri ilə yüksək xidmət təşkil edərək və müştərilərin rəyini daima dinləyərək, VF AzərKredit geniş müştəri kütləsinin etibarını qazana bilmişdir. Beləliklə də bu ay VF AzərKreditin müştərilərinin sayı 50.000-ə çatmışdır. Müştərilərin əksəriyyəti sərhəd ərazilərində yerləşən və ya məcburi köçkün və qaçqınların məskunlaşdığı qəsəbələrdə yaşayan əhalidir.
50.000-ci müştəri Vüqar Məmmədov 25 aprel 2012-ci ildə təşkilatın Qaradağ şöbəsində Türkiyənin Bodrum şəhərinə 2 nəfər üçün 7 günlük tətil paketi ilə mükafatlandırılmışdır. Öz nitqində Vüqar Məmmədov bildirmişdir ki, VF AzərKreditdən götürdüyü kreditlər digərləri kimi ona da uğur gətirmişdir!
Müştərilərin etibar etdiyi bir təşkilatı kimi VF AzərKredit mütəmadi olaraq Azərbaycanın 19 rayonunda yerləşən 26 ofisdən ibarət öz şəbəkəsini genişləndirməyə, xidmət və məhsullarının keyfiyyət və kəmiyyətini artırmağa çalışır.