It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VijnFond AzərKredit “Səsimi Eşit” Müsabiqəsinin 2-ci Turunda Mükafata layiq görülüb

VijnFond AzərKredit “Səsimi Eşit” Müsabiqəsinin 2-ci Turunda Mükafata layiq görülüb


“VijnFond” (VisionFund) qeyri-kommersiya təsisatı bu il öz 10 illiyini müştərilərinin nailiyyətlərinin silsilə hekayələr şəklində işıqlandırılması yolu ilə qeyd edir.

2003-cü ildə VijnFond təşkilatının əsası qoyulanda əsas məqsəd Dünyaya Baxış təşkilatının humanitar səylərinin dəstəklənməsi üçün bir ölkədən digər ölkəyə hərəkət edə biləcək kreditləşdirmə kapitalını idarə edəcək ”qlobal sərmayə fondu” formalaşdırmaq idi. İllər keçdikcə daha da genişlənən bu missiya bu gün Afrika, Asiya, Latın Amerikası və Karib bölgəsi, Yaxın Şərq, habelə Şərqi Avropa daxil olmaqla, dünyanın inkişaf etməkdə olan 36 ölkəsində uğurla fəaliyyət göstərən mikromaliyyə müəssisələrinin şəbəkəsini özündə birləşdirir.

Borc vermək ümid verməyə bənzəyir – bu, hər hansısa biznesin idarə olunmasından əldə edilən gəlirin nəticəsində insanın həyatının köklü şəkildə yaxşılığa doğru dəyişməsini xarakterizə edən pozitiv bir addımdır. İşimizin uğurunun müştərilərimizin uğur hekayələrində əks olunduğunu anlayaraq, VijnFond mikromaliyyə müştəriləri haqqında xüsusi silsilə hekayələrin yayılmasına start verdi. Veb səhifəsinin xüsusi, yubiley buraxılışında VijnFond uzun müddət təşkilatla əməkdaşlıq edən müştərilərinin həyatlarını təsvir edir, onların ilk kreditlərini necə istifadə etdiyini, habelə, bu addımların onların uşaqlarının, ailələrinin və icmalarının həyatlarını necə dəyişdiyini işıqlandırır. Bu silsilədən olan müştəri hekayələri ilə tanış olmaq üçün bu səhifəyə baxın - www.visionfund.org/2154/about-visionfund/ten-year-anniversary.

10 illik fəaliyyətin müsbət təsirlərini vurğulamaqla bərabər, VijnFond həmçinin “Səsimi Eşit” adlı ilk kommunikasiya müsabiqəsinə start vermişdir. “Biz istəyirik ki, mikromaliyyə təşkilatlarımızın kommunikasiya və marketinq komandaları təşkilatımızın səs tonundan istifadə edərək, bizim uşaqlara, ailələrə və icmalara yoxsulluqdan uzaq, təmin edilmiş həyat sürmələrində nə qədər yardımçı olduğumuzu təsvir edən hekayələri ictimaiyyətlə bölüşsünlər” – uzunmüddətli səylərimizin müsbət təsirlərini daha canlı şəkildə geniş ictimaiyyətlə bölüşməyə səsləyən bu çağırış bütün VijnFond təsisatlarının kommunikasiya komandalarını yazı, video və foto çəkiliş bacarıqlarını nümayiş etdirməklə, 2013-cü ilin mükafatı uğrunda yarışa səfərbər etdi.

Beləliklə, VF AzərKredit “Səsimi Eşit” müsabiqəsinin 2-ci turuna uşaqların dili ilə yazılmış foto hekayə təqdim etməklə, “Ən Yaxşı Foto Hekayə” nominasiyasında qalib olaraq, 1-ci yerə layiq görülmüşdür. Bu, həqiqətən də, daha az söz və daha çox şəkildən istifadə etməklə uşaq təbiətini əks etdirən yaradıcı və effektiv şəkildə nəql edilmiş bir hekayədir. Hekayəni buradan endirə bilərsiniz.

Bu tipli digər şəkilləri isə aşağıdakı səhifədən izləyə bilərsiniz www.flickr.com/photos/visionfund.

VF AzərKredit mikromaliyyə fəaliyyətinin müsbət təsirinin daha da effektiv şəkildə təbliği məqsədilə gələcəkdə də ruhlandırıcı hekayələri sizlərlə bölüşəcəkdir və bu fəaliyyətin daha geniş spektrdə necə qəbul olunduğunu anlamaq üçün geniş ictimaiyyətdən də bu kimi hekayələrin  daxil olmasını arzulayır.
Aprel 2013

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az