It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Beynəlxalq Musiqi Yarışmasında Gənc Tələbələrin İştirakını Maliyyələşdirdi

VF AzərKredit Beynəlxalq Musiqi Yarışmasında Gənc Tələbələrin İştirakını Maliyyələşdirdi


Qadınların rolunun artırılması və uşaqların daha firavan gələcəyi üçün daima çalışan VF AzərKredit, aprel ayının 8-13 tarixləri arasında Rusiyanın Rostov vilayətinin Rostov İncəsənət Kollecində keçirilən “Məharətə Aparan Yol” adlı Beynəlxalq Piano və Orkestr yarışmasında  iki nəfərdən ibarət azərbaycanlı tələbənin və onların musiqi müəllimələrinin iştirakına sponsorluq etdi.

Bu musiqi yarışmasının keçirilməsinin  əsas məqsədi piano ifaçılığının ən yaxşı ənənələrini inkişaf etdirib qorumaq, xüsusi istedadlı tələbələrin yaradıcı potensialını inkişaf etdirmək, gənc musiqiçilərin bacarıqlarını üzə çıxarmaq, həmçinin iştirakçı ölkələrlə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsindən ibarətdir ( daha təfərrüfatlı məlumat üçün : http://rostartcollege.ru/sobit/PutKMasterstvu2014.pdf).

Musiqi yarışmasında Azərbaycanı təmsil edən Banu Kərimzadə və Ceyran Rüstəmova 1 nömrəli Bakı İncəsənət Məktəbinin yetirmələridir. Aşağı təminatlı ailədən olan hər iki  istedadlı tələbə VF AzərKreditdən maliyyə dəstəyi almaqla, onlara olan etibarı doğruldacaqlarına inanırdılar.

Bu, Banu Kərimzadənin və Ceyran Rüstəmovanın iştirak etdikləri ilk beynəlxalq tədbir olduğu üçün tələbələr çox həyəcanlı idilər: “Əlbəttə ki, qələbə ilə geri qayıdacağıq!” 

Yarışdan öncə VF AzərKredit heyəti ilə tələbələrin Musiqi Məktəbində məşq prosesi zamanı görüşü oldu. Tələbələr Azərbaycanın görkəmli bəstəkarlarının şah əsərlərini beynəlxalq yarışmada ifa edəcəkləri üçün inamlı, həvəsli, eyni zamanda  da hədsiz fəxr hissi duyurdular.

Olduqca qürurlu haldır ki, bu 2 gənc musiqi ifaçısı öz vədlərinə əməl edərək, “Fortepiano Dueti” nominasiyası üzrə 2-ci yerə layiq görülmüşlər.

VF AzərKredit heyəti Banu və Ceyranın sevincinə şərik olaraq, onların müvəffəqiyyətli çıxışını təbrik edir və gələcəkdə onlara bol nailiyyətlər arzu edir!

https://www.youtube.com/watch?v=XXdXEJvuLEM
Aprel 2014

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az