  VF AzərKredit dünya mikromaliyyə təşkilatlarının uğrunda yarışdığı 5-ci Avropa Mikromaliyyə Mükafatı yarımfinalçılarından biri olmuşdur. Mükafatın 2014-cü il qalibi ilə yanaşı digər 9 yarımfınalçının müsabiqəyə təqdim etdikləri təşəbbüslər European Dialogue Jurnalının mart 2015-ci il tarixli 7-ci sayında işıqlandırılmışdır.
Avropa Mikromaliyyə Mükafatının əsası 2005-ci ilin oktyabr ayında mikromaliyyə sahəsində yeni yanaşmaların təşviq edilməsi üçün qoyulmuşdur. 2006-cı ildə ilk dəfə təltif olunmuş bu mükafat Avropa İnvestisiya Bankı (AİB) ilə müştərək olaraq Lüksemburq İnkişaf Korporasiyası, Avropa Mikromaliyyə Platforması (e-MFP) və Lüksemburq İnkluziv Maliyyə Şəbəkəsi (InFiNe.lu) tərəfindən təşkil edilmişdir.
Maliyyə, sosial və ətraf mühit kapitalının əlaqələndirilməsi üçün 3 aspektli biznes yanaşmasının vacibliyini nəzərə alaraq, 5-ci Avropa Mikromaliyyə Mükafatının mövzusu “Mikromaliyyə və Ətraf Mühit” seçilmişdir.
MMT-lərin ətraf mühit məsələlərini əməliyyat modelləri ilə əlaqələndirməsi həm təşkilatların özləri, həm də müştərilər üçün faydalı olub, ətraf mühit risklərinin azalmasına gətirib çıxarır ki, MMT-lər və onların müştəriləri daha davamlı gəlir əldə etmiş olur və məhz bütün bunlar nəzərə alınmaqla, müraciət edən təşkilatların ətraf mühit fəaliyyəti və ətraf mühitə təsir imkanları qiymətləndirilmiş, onların maliyyə və sosial fəaliyyətləri diqqətə alınmışdır.
Əsl dayanıqlı biznesin ekoloji, sosial və ətraf mühitə dair aspektləri əhatə etməli olduğunu dərk edən VF AzərKredit müştərilərdə ətraf mühitə dair daha yaxşı davranışların formalaşdırılması üçün ətraf mühitə təsirin qiymətləndirilməsini öz əməliyyatlarına daxil etmişdir.
Bu gün VF AzərKredit həyata keçirdiyi əməliyyatlarda ətraf mühitdə təhlükəsizliyin və davamlılığın təmin edilməsi, qərarvermə prosesində ətraf mühitə dair məsələlərin nəzərə alınması və daxili və xarici istiqamətdə məsuliyyətli ətraf mühit yanaşmasının təşviq edilməsi üçün işlənib hazırlanmış Ətraf Mühit Siyasətində nəzərdə tutulmuş bütün məqsədlərə nail olmaq üçün davamlı səylər göstərir.
Müsabiqəyə təqdim edilmiş təşəbbüslərlə ətraflı tanış olmaq üçün European Dialogue Jurnalının 7-ci sayının tam mətnini aşağıdakı linkdən oxuyun: www.e-mfp.eu/news-and-events/european-dialogue-no7-microfinance-and-environment |