It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit MİX Marketin “Sosial Fəaliyyət üzrə Hesabatlılığa görə Qızıl Mükafat”ına layiq görülmüşdür

VF AzərKredit MİX Marketin “Sosial Fəaliyyət üzrə Hesabatlılığa görə Qızıl Mükafat”ına layiq görülmüşdür


Şərqi Avropa və Mərkəzi Asiyadan olan mikromaliyyə təşkilatları Qazaxıstanın Astana şəhərində keçirilmiş Mikromaliyyə Mərkəzinin İllik Konfransında iştirak etmişlər və bu təşkilatlardan bəziləri 2009-cu ildə həyata keçirdikləri sosial fəaliyyətlə bağlı hesabatlar təqdim etdikləri üçün mükafatlandırılmışlar. 200-dən artıq MMİ 2009-cu il üçün sosial fəaliyyət hesabatlarını MİX Marketə (Mikromaliyyə Məlumatlarının Mübadiləsi Şəbəkəsi) təqdim etmişdir. İştirak edən MMT-lər arasından yeganə olaraq Azərbaycandan VF AzərKredit Sosial Fəaliyyət Hesabatına görə Qızıl Mükafata layiq görülmüşdür. CGAP, Mişel və Susan Dell Fondu və Ford Fondu tərəfindən maliyyələşdirilən və MİX tərəfindən həyata keçirilən Sosial Fəaliyyət Hesabatı Mükafatı sosial fəaliyyət hesabatlarında şəffaflığı təşviq edir.

Sosial Fəaliyyət Hesabatı Mükafatları aztəminatlı müştərilərə birbaşa təsir etmək cəhdləri yolunda şəffaflıq və hesabatlılıq məsuliyyətinə sadiq olan MMT-lərin nailiyyətlərini nümayiş etdirir. Sosial Fəaliyyət Mükafatları təkcə müştərilərinə yardım etmək yox, həm də işçilərini dəstəkləmək və ətraf mühiti mühafizə etməkdə mütərəqqi fəaliyyətinə sadiqliyini bəyan edən MMT-lər haqqında ümumi rəy formalaşdırır.
May 2010

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az