It looks like your browser or firewall blocked (disabled) JavaScript support. Please enable it for viewing this site. How to enable scripting in your browser
VF AzərKredit bu yaxınlarda Biləsuvar, Göyçay və Zərdabda 3 yeni ofisini açmışdır ki, həmin xidmət məntəqələri artıq yerli əhalinin hörmətini qazanmışdır. Bu üç regionda kənd təsərrüfatının inkişafı üçün böyük potensial olduğuna görə bu bölgələr növbəti xidmət ofisləri kimi seçilmişlər.
Təxminən 90.000 sakini olan Biləsuvar rayonu Azərbaycanın cənub-şərqində yerləşir. Əhalinin 77%-dən çoxu ucqar kənd ərazilərində yaşayır. Regionda kənd təsərrüfatı inkişaf etmişdir, buna görə də bütün növ kredit məhsullarına, xüsusən də kənd təsərrüfatı kreditlərinə böyük tələb var. VF AzərKredit 6 aya qədər güzəştlə kənd təsərrüfatı kreditləri təklif edir ki, bu da fermerlərin həyatını asanlaşdırır. Regionda rəqabətin güclü olmasına baxmayaraq, VF AzərKredit qısa müddət ərzində 500-dən artıq müştəri cəlb edə bilmişdir.
Göyçay ölkənin mərkəzi hissəsində yerləşir. Bu bölgə kənd təsərrüfatı məhsulları ilə çox məşhurdur. Göyçayda mikro və kiçik sahibkarlığın davamlı inkişafı üçün böyük potensial var. Fəaliyyətə başladığı müddətdən bəri VF AzərKreditin Göyçay şöbəsi rayon əhalisinə nümunəvi xidmət göstərməyə çalışır. VF AzərKreditin kredit məhsullarına olan hazırkı yüksək tələbat Göyçay şöbəsinin yaxın gələcəkdə qonşu rayonları da öz çətiri altına alaraq, filiala çevrilməsini labüd edir.
Zardab şöbəsi mərkəzi regionun ən yeni ofislərindəndir. Bir neçə həftə bundan əvvəl Zərdab ofisində VF AzərKreditin baş idarəsindən və rayonun yerli hakimiyyət orqanlarından nümayəndələrin iştirakı ilə açılış mərasimi olmuşdur. Öz çıxışlarında hər iki tərəf Azərbaycanda bank xidmətlərinin ən az təqdim olunduğu rayonlardan biri olan Zərdabda VF AzərKreditin ofisinin açılmasının rayon sakinləri üçün geniş imkanlar yaradacağını və nəticədə rayonun iqtisadi göstəricilərinin yaxşılaşmasına töhfə verəcəyini xüsusi qeyd etmişlər.
VF AzərKredit mikro biznesdə uğur qazanmaq istəyən daha çox aztəminatlı əhaliyə xidmət göstərmək, ölkədə kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək və Azərbaycan ailələrinin həyatına müsbət dəyərlər qatmaq məqsədilə öz şəbəkəsini daima genişləndirir və müştərilərinin sayını artırır.