It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit MilliÖN (Milli Ödəmə Nöqtəsi) Şəbəkəsinə Qoşuldu

VF AzərKredit MilliÖN (Milli Ödəmə Nöqtəsi) Şəbəkəsinə Qoşuldu


Azərbaycanda 65.000-dən çox müştəriyə xidmət göstərən və xidmətlərinin keyfiyyətini daima artırmağa çalışan ölkənin ikinci ən böyük qeyri-bank kredit təşkilatı olan VF AzərKredit müştərilərinin kredit ödənişlərini MilliÖN brendi altında çalışan Komtec şirkətinin ödəmə terminalları vasitəsilə toplamağa başlamışdır.

Artıq VF AzərKredit müştəriləri Bakı şəhərində bir çox yerlərdə (metro stansiyalarında, ticarət mərkəzlərində və s. yerlərdə) və həmçinin ölkəmizin regionlarında quraşdırılmış  MilliÖN terminalları vasitəsilə öz aylıq kredit ödənişlərini ödəyə bilərlər. Hal-hazırda 1000-dən çox ödəniş köşkü fəaliyyət göstərir və onların təxminən  yarısı həm yerli valyuta, həm də ABŞ dollarında kredit ödənişlərini qəbul edir. Yaxın vaxtlarda ölkəmizin bütün ehtiyac duyulan ərazilərini əhatə etmək məqsədilə bu terminalların sayının 2000 ədədə çatdırılması planlaşdırılır.

Bu yeni ödəniş sistemi müştərilərə yaşayış və iş yerlərinə yaxın ərazilərdə, özü də kassalarımızda və tərəfdaş banklarda uzun növbələr gözləmədən ödəniş etmək imkanı yaradır. Müştərilər həmçinin ödənişləri iş vaxtından sonra və hətta istirahət günləri də həyata keçirə bilər. Ödənişin ölkənin hansı hissəsində yerləşən terminalda edilməsindən asılı olmayaraq, ödəniş məbləği avtomatik olaraq müştərinin hesabına mədaxil olunur. Müştərilər maksimum 1 dəqiqə ərzində kreditlərini ödəyə bilər və ödənişin sonunda ödənişin həyata keçirilməsi barədə qəbzi əldə edə bilərlər. Bu ödəmələr üçün müştərilərdən heç bir komisyon və ya xidmət haqqı tutulmur.  Bu cür ödəniş imkanı əlavə rahatlıq təmin edir və müştərilər həm vaxtlarına və həm də pullarına (yol xərci) qənaət etmiş olurlar.

Müştərilərə bu yeni sistemdən istifadə qaydaları barədə məlumat vermək üçün xüsusi broşür hazırlanıb təqdim olunmuşdur. Broşürü bu linkdən endirə bilərsiniz. Həmçinin, MillÖN sistemindən istifadə edərkən ehtiyac yarandığı təqdirdə *0010 qaynar xətti  müştərilərin ixtiyarında olacaqdır. MilliÖN terminallarının yenilən siyahısını isə www.azercredit.az/az/million səhifəsindən endirə bilərsiniz.

Daima müştərilərin rahatlığını düşünən  VF AzərKredit müştərilərə daha da çevik və keyfiyyətli  məhsul və xidmətlər təqdim etmək üçün səylərini davam etdirəcəkdir.

May 2013

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az