It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

“Aprel Mikromaliyyə Ayi” Başa Çatdı

“Aprel Mikromaliyyə Ayi” Başa Çatdı


Maarifləndirmə işinin vacibliyini əsas götürən və öz sosial fəaliyyətinin tərkib hissəsi hesab edən VF AzərKredit aprel ayı boyunca ali məktəb tələbələri üçün “Aprel Mikromaliyyə Ayı” adlı tələbə təşəbbüsünü həyata keçirdi. Tələbə təşəbbüsünün əsas məqsədi  ali məktəb tələbələrinin mikromaliyyə savadlılığının artırılması və onlara bu sahədə praktik bilik və bacarıqların aşılanması olmuşdur. (əlavə məlumat: VF AzerCredit holds Month of Microfinance | Month of Microfinance.).

Bu məqsədlə VF AzərKredit təşkilatı Azərbaycanın aparıcı universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetlərində mikromaliyyə mövzusunda seminarlar təşkil etdi. Təşkilatın mikromaliyyə mütəxəssisi Rişad Əliyevin spikerlik etdiyi seminarlarda tələbələrə VF AzərKredit təşkilatının yaranması və onun fəaliyyəti barədə məlumat verildi. Həmçinin tələbələr mikromaliyyə təşkilatlarının dünyada və Azərbaycanda yaranması, mikromaliyyənin klassik bankçılıqdan fərqləri, mikromaliyyənin üstünlükləri və bu sahədə mövcud problemlərlə bağlı geniş məlumat əldə etmişlər.

Tədbirin yekununda tələbələrə mikromaliyyənin dünya əhalisinin, qadınların və uşaqların həyatına göstərdiyi müsbət təsirdən, onların yaşam tərzinin və rifahının dəyişməsindən bəhs edən beynəlxalq qisametrajlı filmlər nümayiş olundu. 80 nəfərdən artıq tələbənin iştirakı ilə keçirən seminarlar tələbələrin böyük marağına səbəb oldu. Seminar iştirakçılarına tədbirdə iştirakla bağlı sertifikatlar təqdim edildi.

Bununla yanaşı, VF AzərKredit təşkilatı Mikromaliyyə Ayı təşəbbüsü çərçivəsində elan edilmiş “Mikromaliyyənin Kiçik Sahibkarlığın Inkişafında Rolu” mövzusunda yazılmış inşa müsabiqəsinin qalibini müəyyən etdi. Qafqaz Universitetinin “Maliyyə” fakültəsinin 3-cü kurs tələbəsi olan Məqsud Qubadlı müsabiqənin qalibi kimi Qalibiyyət Sertifikatı və hədiyyə ilə təltif edildi. O cümlədən, ona VF AzərKredit təşkilatında 2 aylıq təcrübə proqramında iştirak etmək imkanı təklif edildi..

May 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az