It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü


Mikromaliyyə Mərkəzinin (MFC) 20 İllik Yubiley Konfransı “Horizontda 2037-ci il: Hamı üçün ədalətli maliyyələşdirmə” başlığı altında 24-26 may 2017-ci il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirildi.

Bu il MFC-nin fəaliyyətinin 20-ci ildönümüdür və bu yubiley təmtəraqlı şəkildə 42 ölkədən olan Konfrans iştirakçıları ilə birlikdə qeyd olundu. Bu böyük nailiyyətini qeyd etmək üçün MFC xüsusi konfrans proqramı tərtib etmişdi ki, bu proqram çərçivəsində 1990-cı illərdə mikromaliyyə sektorunun bünövrəsini qoymuş tanınmış mütəfəkkirlər, məşhur ekspertlər və xüsusi qonaqlar çıxış etmişlər.

Nəzərə alaraq ki, yubiley tədbirləri xatirələri yenidən canlandırmaq üçün bir imkandır, bu tədbirdə də keçən iyirmi il ərzində sektorda əldə olunmuş nailiyyətlərin gələn iyirmi il ərzində bizlərə necə xidmət edəcəyini təsəvvür etməyə cəhd edildi, o cümlədən, 2037-ci ilə qədər bütün insanların maliyyə xidmətlərinə çıxışının təmin edilməsinə nail olmaq üçün mikromaliyyə ictimaiyyətinin nə edə biləcəyi müzakirə olundu. Xüsusilə də, texnologiyanın maliyyə sistemlərinin transformasiyasına necə təkan olduğu, ənənəvi bankçılığın sürətli dəyişikliyə uğradığı və hökumətlərin də rolu qabardılmaqla, cari sosial strukturların əsaslarının necə təkmilləşdirildiyi müzakirələrin qayəsini təşkil etdi. Müzakirələr əsnasında rəqəmsal inqilabın nəticələrinə və mikromaliyyə təşkilatlarının sahibkarlar, startaplar və sosial müəssisələr üçün daha geniş imkanlar təqdim etmək məqsədilə texnologiyadan istifadə təşəbbüslərinə xüsusi diqqət ayrıldı. Ən qaynar müzakirələrə isə sosial yönümlü mikromaliyyənin millətlərin rifahına töhfəsi mövzusu səbəb oldu.

Konfrans mikromaliyyə sektorunun iştirakçılarına sektorun gələcəyində öz rollarını müəyyən etməkdə bir bələdçi olmaqla, onları yeni təşəbbüslərə ilhamlandırmağa və 20 ildən sonra 40-cı ildönümün qeyd edilməsi üçün həyata keçirilməli olan işlərə kökləməyə çalışdı.

Konfrans çərçivəsində, həmçinin, 2016-cı ildə də “Düşün, Borc Al” Kampaniyasının reallaşdırılmasını mümkün etmiş  Avropa və Mərkəzi Asiya regionundan olan 14 ölkənin 21 təşkilatının səyləri ictimai şəkildə alqışlandı. Azərbaycandan isə VF AzərKredit Kampaniyanın keçirilməsinə verdiyi töhfələrə görə müvafiq Qiymətləndirmə Sertifikatına layiq görüldü.

“Düşün, Borc Al” Kampaniyası qlobal müştəri mühafizəsi standartlarını təşviq edir. Hər il keçirilən bu beynəlxalq Kampaniya MFC və onun tərəfdaşlarının əməyinin nəticəsidir. Avropa və Mərkəzi Asiya regionundan olan istənilən məsuliyyətli kreditor müştərilərinin maliyyə savadlılığı səviyyəsini təkmilləşdirmək məqsədilə Kampaniyaya qoşula bilər. Təkcə 2016-cı ildə Kampaniyanın tərəfdaşları 473 660 mikromaliyyə müştərisini və potensial istehlakçıları birbaşa olaraq və virtual şəkildə maarifləndirməyə nail olmuşlar.

May 2017

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az