It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit MFC və Smart Kampaniyasının Yaxşı Təcrübə Mükafatına layiq görülüb

VF AzərKredit MFC və Smart Kampaniyasının Yaxşı Təcrübə Mükafatına layiq görülüb


2012-ci il 28-30 may tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçirilmiş MFC (Mikromaliyyə Mərkəzinin) Konfransında VF AzərKreditdən 10 əməkdaşı ilə təmsil olunmuşdu.

"Biznes yoxsa İnkişaf? Seçim Vaxtıdır" başlığı altında keçirilmiş builki Konfrans mikromaliyyə sektorunda çalışan təşkilatların yeni intellektual gündəlik – mikromaliyyə biznesdir yoxsa inkişaf – üzrə seçim etmələri üçün bünövrə qoymağa yönəlmişdi? Belə ki, maraqlı tərəflər bugünkü gündə sektorun qarşısında duran mühüm məsələlər barəsində öz fikirlərini bildirmək imkanı əldə etmişdilər. Konfrans barədə daha ətraflı məlumat http://www.mfc.org.pl/en/news saytından əldə edilə bilər.


Builki Konfransda MFC təşkilatı Smart Kampaniyası ilə birlikdə "Müştəri Mühafizəsi İstiqamətində Səylərin Qiymətləndirilməsi üzrə Yaxşı Təcrübə Mükafatını" təşkil etmişdi ki, 7 Müştəri Mühafizəsi Prinsipini daha böyük miqyasda təşviq etsin və Avropa və Mərkəzi Asiya regionlarında 7 Prinsipdən ən azı biri üzrə yaxşı təcrübə formalaşdırmış mikromaliyyə təşkilatlarının səylərini qiymətləndirsin. Bu il həmin Mükafata layiq görülmüş 3 təşkilat arasında VF AzərKredit də olmuşdur. VF Azərkredit təşkilatda Şikayətlərin Həlli Mexanizmləri üzrə uğurlu təcrübə formalaşdıra bildiyinə görə təltif olunmuşdur.

Bundan əlavə, "Michael and Susan Dell" Fondu , Ford Fondu, CGAP və MİX təşkilatlarının şəffaf sosial fəaliyyət hesabatlılığı və idarəetməsi üzrə VF AzərKreditə verdikləri Platin Mükafat Konfransda təqdim olundu.



VF AzərKredit həmçinin konfransda 2 təqdimat etmişdir:
  1. "Mikromaliyyə Plyus yoxsa Minimalist Yanaşma: Müştərilər üçün Hansı Daha Yaxşıdır?" sessiyasında "Gender Bərabərliyinin Təşviqi Layihəsinin Faydaları". Sessiyanın məqsədi müştəriləri üçün dəyər yaratmağa çalışan mikromaliyyə təşkilatlarının müştərilərin spesifik inkişaf ehtiyaclarını qarşılamaq üçün bir sıra xüsusi işlənib hazırlanmış maliyyə və qeyri-maliyyə xidmətləri təklif etməli olduqlarını aşılamaq idi. Sessiyada VF AzərKredit qadınların səlahiyyətləndirilməsi sahəsində təcrübəsi və MFC, AMFA və Oxfam Novib təşkilatları ilə birlikdə həyata keçirilmiş Mikromaliyyədə Gender Bərabərliyi Layihəsi barədə iştirakçılara məlumat təqdim etdi.
  2. "Müştəri Mühafizəsi: Ən Yaxşı Alətlər və Təcrübələr. Mikromaliyyə Təşkilatların Gözlənilən Sertifikasıyası" sessiyasında "Şikayətlərin Həll Edilməsi Mexanizmləri". Konfransın əsas məqsədlərindən biri də 2012-ci ilin payızında start götürəcək Smart Kampaniyasının Müştəri Mühafizəsi Prinsipləri üzrə mikromaliyyə təşkilatlarının sertifikatlaşdırılmasının əhəmiyyətini vurğulamaq idi. Beləliklə sessiyada sertifikasiya prosesinin təfsilatları açıqlanmış və xüsusi vurğulanmışdır ki, bu cür sertifikasiyanı investorların, reytinq agentliklərinin, inkişaf təşkilatlarının çoxu tələb edəcəkdir. Sessiyada VF AzərKredit müştərilərin şikayətlərini həll etmək üçün işləyib hazırladığı və istifadə etdiyi alətləri nümayiş etdirdi. Təşkilatın bu sahədəki zəngin təcrübəsi müştəri məmnuniyyəti və loyallığını artırmaq üçün ən yaxşı vasitələrdən biri kimi dinləyicilər tərəfindən yüksək qiymətləndirildi.

Daha ətraflı məlumat və şəkillər MFC-nin Facebook səhifəsindən əldə edilə bilər: http://www.facebook.com/pages/Microfinance-Centre-MFC/211667705528657
Iyun 2012

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az