It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

İşçi Heyətinin İllik Yığıncağı – 2013

İşçi Heyətinin İllik Yığıncağı – 2013


İstedadların axtarışında

VF Azərkredit heyətinin ənənəvi illik görüşü bu il də xüsusi zövq və həyəcanla keçirildi. Heyətin keçən ildən daha artıq üzvə malik olması, yeni işçilərin heyətin illik yığıncağında ilk dəfə iştirak etməsi və bu işçilərin heyətə adaptasiyasına yardım etmək, onları komanda ruhunda inteqrasiyası əsas dəyələrdən  biri idi.

İşçilərin bu görüşdən gözləntiləri keçən illərə nisbətən daha böyük idi. Görüş Qafqaz sıra dağları ilə əhatə olunmuş Qəbələ şəhərində yerləşən “Qafqaz Resort Hotel”də keçirildi. Otel 5 ulduzlu olmaqla yanaşı, regionda ən böyük istirahət mərkəzidir. Otel 21 hektar ərazini əhatə edir, dağlar qoynunda yerləşən bu möhtəşəm istirahət kompleksində turistlərin istirahətinin təşkili üçün müxtəlif əyləncəli oyun zalları, Akva Park, kinozal, amfiteatr, diskoteka zalı, boulinq zalı, idman zalı, trenajor zalı, hovuzlar, hamamlar və s. xidmət göstərir.  Eyni anda 370 nəfər turistə xidmət göstərə bilən istirahət mərkəzinin xidmətindən 3 gün 2 gecə heyətin görüşü üçün istifadə edilmişdir. Görüş 28 iyun tarixindən başlamaqla 30 iyun 2012-ci il tarixinədək davam etmişdir.

Heyətin təşkili və İllik görüşün özəlliyi

Heyətin illik görüşündə 370 nəfər işçi iştirak edirdi. Bu ilki görüşün xüsusi özəlliyi var idi, belə ki, həmişə heyətin vaxtının təşkil edilməsi üçün xüsusi proqram hazırlanır, uyğun oyunlar seçilirdi. Bu il isə tam fərqli üsuldan istifadə edilmişdi. İllik görüşün başlanmasından 3 ay öncədən hazırlıqlar başlamış və xüsusi tapşırıqların təqdimatı üçün seçim komandaların öz ixtiyarına verilmişdi. Belə ki, işçi məmnunluğunu nəzərə alaraq iştirakçıların səmərəli istirahət edə bilməsi, təşkilatın komanda ruhunun artırılması, təşkilatın korporativ dəyərlərinə və milli ənənələrə əsaslanan yarışların təşkili planlaşdırılmışdı.

Hamının həyəcan və sevinclə gözlədiyi İllik Görüş günləri hər bir iştirakçının, hər bir filial/nümayəndəliyin işdən tam kənar, xüsusi bacarıqlarının, incəsənət sahəsində təqdim etdikləri nümayişləri sanki Azərkredit ailəsinin necə incə qəlbli, yaradıcı, öz peşəkarlıqlarını digər sahələrə də tətbiq edə bilmələri, eyni zamanda təşkilatı və milli dəyərləri uca tutduqlarının nümayişi idi. İlk olaraq 10 nəfərdən ibarət qiymətləndirmə komissiyası, 6 nəfərdən ibarət təşkilat komitəsi olmaqla yanaşı bütün heyətin üzvlərindən ibarət olan sərbəst komandalar yaradılmışdı. Komandalar əsasən filial və onun nümayəndəliklərinin adları ilə adlandırılır, təqdim etdikləri əsərlər ümumi filialı təmsil edirdi.

İstirahətin təşkili

Yarış üçün filiallara tam sərbəstlik verilmiş, komanda olaraq, hər işçi bir fərd olaraq öz incəsənət bacarıqlarını, əl qabiliyyətlərini yaradıcılıqları ilə nümayiş etdirə bilmək imkanı qazanmışdı. Öncədən verilmiş tapşırıqlara görə hər bir filial və nümayəndəliklər, hətta fərdi olaraq hər bir işçi 3 hissədən ibarət xüsusi tapşırıqlar hazırlamışdı. 1. Bir milli və bir sərbəst seçilmiş rəqs nömrəsi; 2. İndividual olaraq hər işçi tərəfindən ayrılıqda və bir ədəd isə ümumi filial adından əl işi hazırlamaq; 3. Göstərilmiş mövzuları əhatə etməklə sərbəst təqdimat:  a) Əməyin Mühafizəsi və Təhlükəsizliyi, b) Müştəri məlumatının təhlükəsizliyi, c) Sərbəst mövzu.                                                       Eyni zamanda futbol yarışı təşkil edilməsi üçün regional komandalar yaradılması və yarışlara hazırlıqların aparılması tapşırılmışdı. Tapşırıqlara müstəqil əməl etmək, mövzu seçimində sərbəstlik, təşkilatçılıq, komanda işinin təşkili, heyəti təmsil etmək bacarıqları, öz bacarıqlarını nümayiş etdirmək üçün hər bir kəs böyük sevinc, məsuliyyət və ciddi-cəhdlə çalışmışdı.
Iyun 2013

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az