It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VijnFond AzərKredit Azərbaycanda S.T.A.R Sertifikatını almış İlk Təşkilatdır

VijnFond AzərKredit Azərbaycanda S.T.A.R Sertifikatını almış İlk Təşkilatdır


Müştərilər və işçiyə yanaşma baxımından şəffaflıq və məsuliyyətli maliyyələşdirmə hər zaman VF AzərKreditin fəaliyyət və strategiyasında ən ilkin yerlərdən birini tutmuşdur. Bu münasibət həm işçi heyəti və müştərilərlə sıx əlaqələrin qurulmasına gətirib çıxarır, həm də maliyyə sektorunda müxtəlif təltiflərə layiq görülür.

Son 12 ay ərzində MİX təşkilatı (Beynəlxalq Mikromaliyyə Məlumatlarının Mübadiləsi Şəbəkəsi) müxtəlif ölkələrdə mikromaliyyə şəbəkələri ilə əməkdaşlıq edərək, onlara üzv olan təşkilatlar tərəfindən təqdim olunmuş sosial fəaliyyət göstəricilərinin yoxlanışını həyata keçirmişdir. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) onların arasında ən fəal təşkilatlardan biri olmuşdur. Belə ki, təhlil prosesini uğurla başa vuran VF AzərKredit təşkilatı Azərbaycanda ilk olaraq S.T.A.R. – Sosial Şəffaf və Məsul Mikromaliyyə Təşkilatı (MMT) sertifikatına layiq görülmüşdür.

MİX S.T.AR. sertifikatı öz fəaliyyətində Sosial Fəaliyyət üzrə İşçi Qrupunun (SPTF) Sosial Fəaliyyətin İdarə Edilməsi üzrə Universal Standartlara (SFİEUS) müvafiqliyi təmin etməyə  nail olmuş MMT-yə təqdim olunur. Bu sertifikata layiq görülmək üçün MMT-lər MİX-in sosial fəaliyyət göstəricilərini də əhatə edən SFİEUS-un bütün mövcud müddəaları üzrə hesabat verməli və buna dair müvafiq sənədlər təqdim etməli və eləcə də ətraf mühitin mühafizəsi siyasətinə malik olmalı və bu cür siyasəti həyata keçirməlidirlər. Bu sertifikatla ilə bağlı daha təfərrüatlı məlumat üçün aşağıdakı linkə keçid edin:  http://www.mixmarket.org/sites/default//files/star_factsheet_final_en.pdf

Iyun 2014

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az