It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VİJN FOND AZƏRKREDİT ƏMƏKDAŞLARININ 2011-Cİ İLDƏ İLLİK YIĞINCAĞI NABRANDA KEÇİRİLDİ

VİJN FOND AZƏRKREDİT ƏMƏKDAŞLARININ 2011-Cİ İLDƏ İLLİK YIĞINCAĞI NABRANDA KEÇİRİLDİ


Dünyada, o cümlədən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların bir çoxu kimi VijnFond AzərKredit də bütün əməkdaşlarını hər il bir yerə toplayaraq işçi heyətinin illik yığıncağını keçirir.

VF AzərKreditin hər il təşkil etdiyi bu tədbirlər Təşkilatın müxtəlif regionları təmsil edən əməkdaşları üçün bir araya gələrək, daha da böyük şövqlə fəaliyyəti davam etdirmək, bir-birlərindən öyrənmək imkanı yaradır və müxtəlif departamentlər və regionlar arasında daha dərin münasibətlərin formalaşmasına yol açır; bundan başqa, iş və əyləncənin birgə kombinasiyası vahid komanda hissinin gücləndirilməsini və ümumi məqsədə sadiqliyi təmin edir.

Bu il Azərbaycanın şimalında məşhur dənizkənarı istirahət zonası olan Nabranda təşkil olunmuş illik yığıncaq 4 gün çəkməklə, iş, səmimi ünsiyyət, əyləncə və istirahəti özündə birləşdirmişdir.



İşçi heyətinin builki yığıncağında 22 filial və şöbədən 300 nəfərdən artıq əməkdaş iştirak edərək, aşağıdakı məqsədlərə nail olmuşlar:

STRATEJİ VƏ ƏMƏLİYYAT PLANLARININ NƏZƏRDƏN KEÇİRİLMƏSİ VƏ MÜZAKİRƏ EDİLMƏSİ

Rəhbərlik tərəfindən təşkil olunmuş ümumi sessiyalarda bütün işçilər siyasət və prosedurların müzakirəsində iştirak etmiş, sistem və prosesləri, imkan və təhlükələri qiymətləndirmiş və resursların bölüşdürülməsi ilə bağlı fikirlərini bildirmişlər.

Bu cür mühüm əhəmiyyətli məsələlərin müzakirə olunduğu sessiyalarda həmçinin əməkdaşlar Təşkilatın güclü və zəif tərəfləri barədə fikir mübadiləsi aparmış və daha az resurslardan istifadə etməklə, daha yaxşı və daha səmərəli işi necə qurmalı sualına cavab axtarmışlar.

KOMANDA İŞİ

Yəqin ki, işçi heyətinin illik yığıncağında qarşıya qoyulan ən mühüm tapşırıq komanda işinin möhkəmləndirilməsinə yönəldilmiş addımlardır — burada məqsəd komanda ruhunun gücləndirilməsi və müxtəlif profilli qrup tədbirlərinin həyata keçirilməsi, yeni işçilərin inteqrasiyası, Təşkilatda uzun müddətdir çalışan əməkdaşların daha da həvəsləndirilməsi və mütərəqqi təcrübələrin və davranış gözləntilərinin başqaları ilə bölüşdürülməsi vasitəsilə korporativ dəyərlərin daha dərindən aşılanması olmuşdur.

Yığıncaqda əməkdaşlar həmçinin qrup işləri, rol oyunları və təqdimatlar vasitəsilə müxtəlif istedadlarını nümayiş etdirmək imkanı qazanmışlar.

Müxtəlif departamentlərin, regionların nümayəndələrindən, o cümlədən müxtəlif vəzifəli şəxslərdən təşkil olunmuş qarışıq qruplarda aparılan qrup işləri yeni əməkdaşları komandaya daha yaxından inteqrasiya etmiş və uzun müddət təşkilatda çalışan işçilərin komanda işinə sadiqliyini bir az da artırmışdır.

TƏLTİFLƏNDİRMƏ

VF AzərKredit əməkdaşlarının illik yığıncağında ən çox gözlənilən anlardan biri də təltifləndirmə mərasimi olmuşdur ki, bu sessiyada da ən yaxşı işçilər və ən yaxşı filial/şöbələr müəyyən edilmiş və mükafatlandırılmışlar.

İllik təltifləndirmə prosesinin məqsədi il ərzində təşkilatın fəaliyyətinə ən çox töhfə vermiş əməkdaşların əməyinin qiymətləndirildiyini nəzərə çatdırmaq və nailiyyətləri alqışlamaqdır. Bu il “İlin Filialı”, “İlin İşçisi”, “İlin Yenilikçi İşçisi”, “İlin Ən Yüksək Müştəri Xidməti Göstərən Filialı/Şöbəsı” və s. nominasiyalar üzrə 20 təltif təqdim edilmişdir.

Təşkilatın əsas aktivi sayı artıq 310-na çatmış işçiləridir. VF AzərKredit həmişə özünün səmimi, gülərüz və vicdanlı əməkdaşları ilə fəxr etmişdir.

KOMANDA İŞİ

TƏLTİFLƏNDİRMƏ

İDMAN TƏDBİRLƏRİ
Iyul 2011

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az