It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VİJN FOND AZƏRKREDİT ƏMƏKDAŞLARININ 2012-Cİ İLDƏ İLLİK YIĞINCAĞI QƏBƏLƏDƏ KEÇİRİLDİ

VİJN FOND AZƏRKREDİT ƏMƏKDAŞLARININ 2012-Cİ İLDƏ İLLİK YIĞINCAĞI QƏBƏLƏDƏ KEÇİRİLDİ


Hər il VF AzərKredit öz əməkdaşları üçün illik yığıncaq həyata keçirir. Bu cür tədbirlər işçilər arasında birliyi möhkəmləndirir, onları daha da ilhamlandırır, onların bir-birlərindən yenilikləri öyrənməsinə və müxtəlif departament və regional nümayəndəliklər arasında anlaşmanın artmasına yardımçı olur. Üstəlik, eyni zamanda həm çalışaraq, həm də əylənərək müxtəlif departament və şöbələrdən olan işçilər bir birlərini daha da yaxşı tanımış olurlar.

Azərbaycanın şimal-qərb zonasında məşhur dağlıq ərazidə yerləşən, istirahət zonası kimi tanınan Qəbələdə bu il keçirilən illik yığıncaq 4 günlük iş, əyləncə və istirahətin vəhdət təşkil etdiyi bir tədbir oldu.


Builki yığıncaq VF AzərKreditin bütün filial və nümayəndəliklərindən ümumilikdə 300 nəfərdən çox əməkdaşı bir yerə topladı. Bir biriləri ilə mütəmadi ünsiyyətdə olmayan işçilər digərlərini yaxından tanımağa imkan qazandılar. Yeni dostluqlar, maraqlı müzakirələr və əyləncəli oyunlar yığıncağın ən ilhamverici anları idi. Qarşıya qoyulan məqsədlərə, yəni təşkilati dəyərlərin aşılanması, əlaqələrin inkişafı, işçilərin istirahətinin təşkili və təcrübə mübadiləsinə müvəffəqiyyətlə nail olundu.

KOMANDA İŞİ TƏDBİRLƏRİ

Komanda işinə həsr olunan fəaliyyətlər hər bir illik yığıncağın ən vacib tapşırıqlarından biri olur. Burada əsas məqsəd maraqlı qrup oyunları və yeni işçilərin işə daha da cəlb olunması və uzun müddət çalışan işçilərin aktiv iştirakı ilə təcrübələrin bölüşməsi və nəticədə komanda ruhunun yüksəldilməsi və təşkilatı dəyərlərinin aşılanmasıdır. Həmçinin illik yığıncaq qrup fəaliyyətləri, rol oyunları və təqdimatlar vasitəsilə işçilərin öz bilik və bacarıqlarını göstərmək və nümayiş etdirmək üçün əla fürsətlər yaratdı.

Çöl yarışmaları iştirakçıların öz bacarıqlarını nümayiş etdirmələri üçün bir sıra oyunlardan təşkil olunmuşdu. Yaradılmış 8 komandanın hər biri bankımızın bir filialını təmsil edirdi. Bununla da çöl oyunları vasitəsilə yeni və uzun müddət çalışan işçilərin diqqətlərinin komanda işinə cəlb edilməsinə çalışılırdı.

­Lakin, əsas 3 gün ərzində "Uşaqların qorunması və müdafiəsi" mövzusunda qurulmalı olan sərgi və səhnəciklərdən ibarət müsabiqə idi. Bütün komandalar təkcə qalibiyyət üçün yox, həmçinin bu mövzuda öz mesajlarını çatdırmaq üçün çalışırdılar ("uşaqlar müharibədə ən çox təsirə məruz qalan qurbanlardır", "bütün uşaqların valideyn qayğısına ehtiyacı var və onlar heç bir bəhanə ilə tərk edilə bilməz", "kifayət qədər qidalanma ilə yanaşı uşaqların oynamaq və öyrənmək ehtiyacları da ödənilməlidir", "uşaqlar məktəbdə bütün dərslərdə iştirak etməlidirlər və gələcəkləri üçün vacib olan təhsildən hər hansı bir işə görə məhrum olmamalıdırlar" və s.). Bütün müsabiqə iştirakçıları gur alqışlar, tamaşaçılardan gözəl sözlər və qaliblər xüsusi hədiyyələr qazandılar.

NOMİNASİYALAR

İllik yığıncağın digər ən maraqlı məqamlardan biri də işçilərin nominasiyalar üzrə təltif mərasimi idi. Burada həm müsabiqə qalibləri, həm də aparıcı işçilər təbrik edildi, ən yaxşı işçilər və filiallar/nümayəndəliklər hər kəsə elan edilərək, mükafatlandırıldı.

Nominasiya mərasimi müsabiqə qaliblərinin mükafatlandırılması ilə başlandı və təşkilatda 5, 10, 15 il çalışan əməkdaşlara göstərdiyi xidmətlərə görə təşəkkür əlaməti olaraq hədiyyələrin verilməsi ilə davam etdirildi.

Bundan sonra 2011-ci ildə müsbət təəssürat yaradan və əla bacarıqlar nümayiş etdirən işçilərin illik ənənəvi nominasiya mərasimi başladı. Bu cür mükafatlandırma qalibləri daha da ruhlandırır və digər işçiləri də yüksək nəticələr əldə edərək, ən yaxşılar sırasında olmağa sövq edir.

Bu il 21 mükafat öz sahibini tapdı:

  • Mingəçevir filialı "İlin Filialı" nominasiyası üzrə qalib elan olundu,
  • Saatlı nümayəndəliyi "İlin Nümayəndəliyi" mükafatına layiq görüldü,
  • IT/MIS Departamentinin əməkdaşı Rəşad Abdullayev "İlin işçisi" nominasiyası üzrə qalib seçildi,
  • Maliyyə Departamentinin əməkdaşı Dəyanət Səlimov "İlin Yenilikçi İşçisi" adına layiq görüldü,
  • Tərtər nümayəndəliyi və İmişli filialının əməkdaşı Elşən Şükürov "İlin Ən Yüksək Müştəri Xidməti Göstərən Filialı/Şöbəsi" və müvafiq olaraq "İlin Ən Yüksək Müştəri Xidməti Göstərən İşçisi" adına layiq görüldülər.
  • "Ətraf Mühitin Mühafizəsinə Ən Çox Dəstək Göstərmiş İşçi" nominasiyası üzrə Qaradağ Filialından Əhməd Həsənov seçildi.

İlin ən yaxşı kredit icraçısı seçilən 3 nəfər işçi hədiyyə olaraq Türkiyənin Antalya şəhərinə 7 günlük istirahət paketi ilə mükafatlandırıldılar. Bu hadisə illik yığıncağın ən heyrətləndirici anı kimi yadda qaldı və digər işçilər arasında gələn il bu nominasiyada qalib olmaq üçün rəqabəti daha da gücləndirdi. Beləliklə, işçilər daha bir məhsuldar il yaşayaraq, yenidən belə maraqlı illik yığıncağın iştirakçısı olmağı səbirsizliklə gözləyirlər.

Iyul 2012

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az