It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

“Gənclər Ətraf Mühitin Mühafizəsində” Layihəsi Şəmkir, Gəncə və qonşu rayonlarda bir çox sayda gənci maarifləndirmişdir

“Gənclər Ətraf Mühitin Mühafizəsində” Layihəsi Şəmkir, Gəncə və qonşu rayonlarda bir çox sayda gənci maarifləndirmişdir


“Gənclər Ətraf Mühitin Mühafizəsində” Layihəsinin məqsədi Şəmkir, Gəncə və qonşu rayonlarda gəncləri ətraf mühitin qorunmasına cəlb etmək olmuşdur. 2013-cü ilin may-iyul aylarında baş tutmuş layihə baş qərargahı Gəncə şəhərində yerləşən və ölkənin qərb regionunda fəaliyyət göstərən “Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.

Regionda gənclərin ekoloji davanıqlıqla bağlı məlumatlılıq səviyyəsinin aşağı olmasını nəzərə alaraq, buklet və plakatlar hazırlanmış və yalnız məktəblilərə deyil, həm də regionun gənc sakinləri arasında paylanmışdır.

Qərb regionlarının sakinləri üçün ən əhəmiyyətli mövzularda 20 fəal universitet tələbəsinin iştirakı ilə keçirilən 2 günlük təlimçi üçün təlim məktəblərdə açıq günlərin aparılması üçün gənc təlimçilər hazırlamış oldu. Kurs zamanı gələcək təlimçilər ekoloji məsələlərlə yanaşı təlimin necə keçirilməsi, auditoriyanın maraq və diqqətinin cəlb edilməsi kimi mövzularda biliklər əldə etdilər. Daha sonra təlimdə iştirak edən gənclər regionun orta məktəblərində açıq dərslər apararaq, interaktiv təqdimatlar etmiş və məktəb auditoriyasının suallarını cavablandırmışlar.

Məktəblərdə açıq dərslərin əsas məqsədi ekoloji dayanıqlıq barədə gənclərin bilik və məlumatlılıq səviyyəsini artırmaq, ekologiyaya mənfi təsir edən sadə məsələlərə gənclərin diqqətini cəlb etmək və daha qlobal miqyasda ətraf mühitin qorunması üçün onları real tədbirlər görməyə sövq etmək olmuşdur.

Ümumilikdə Layihədə 6 rayon (Gəncə, Şəmkir, Tərtər, Tovuz, Samux və Ağdam), o cümlədən 8 orta məktəb və 2 uşaq evi iştirak etmişdir. Bu müəssisələrdə aparılan seminarlar zamanı 400 məktəbli ekologiyanın qayğısına necə və nəyə görə qalmaq lazım olduğu barədə məlumatlar almışlar.

Xüsusi olaraq Layihə üçün hazırlanmış bukletlərin paylanması ilə yanaşı, uzun müddətli perspektivdə ətraf mühitin qorunmasının əhəmiyyətini xatırlatmaq üçün aktual ekoloji məsələlərə həsr edilmiş cəlbedici və nəzərəçarpan posterlər regionda 42 məktəbin divarlarına yapışdırılmışdır.

Daha geniş təsirə nail olmaq üçün ağac əkilməsi, seminarlarda ətraf mühitin qorunması ilə bağlı səslənmiş fikirlər və ətraf mühitin qorunması tədbirləri ilə bağlı 3 video material elektron resurslarda yerləşdirilmişdir. Layihə tərəfindən Gəncədə aparılan tədbirlər zamanı ağac əkilməsi və iməclik gününə həsr edilmiş videolar hazırlamışdır. Video fayllara YouTube səhifəmizdə baxa bilərsiniz:  https://www.youtube.com/user/VFAzerCredit


İştirakçıların fikirləri:

Mənim ToT zamanı öyrəndiklərim mənim üçün önəmli biliklər idi. Təlimçilik təcrübəmdə çox əhəmiyyətli oldu bu Layihə. Təşəkkür, AzərKredit!”, Leyla Babayeva, təlimçilər üçün təlimin iştirakçısı, Layihə Təlimçisi.

Həqiqətən çox maraqlı layihə idi. Layihədə iştirak etdiyim üçün çox xoşbəxtəm. Davamlı olsun bu cür layihələr.” Zülfüqar Baratzadə, təlimçilər üçün təlimin iştirakçısı, Layihə Təlimçisi.

Öyrəndiyim ən önəmli məqamlardan biri də o oldu ki, mən düzgün şəkildə ətraf mühitdən istifadə etsəm, bu, digər insanlara da nümunə olacaq… Artıq ekoloji çirklənməyə qarşı böyük bir insan kütləsi mübarizə aparır. Bu ancaq uğurlu bir lahiyənin uğurlu davamıdır!.” Gülər Nəcəfova, Təlimçilər üçün təlimin iştirakçısı, Layihə Təlimçisi.

Deyə bilmərik ki, biz bu barədə heç nə bilmirdik, biz qaydaları bilirdik. Lakin siz bizə bu qaydalara necə riayət etməyi nümayiş etdirdiniz”, iştirakçı məktəbli.

Biz hamımız bilməliyik ki, biz insanlar – bu dünyanın sakinləri öz həyatımızı qorumaq və gələcək nəsillər üçün daha yaxşı dünya qurmaq üçün ətraf mühitin qayğısına necə qalmalıyıq! Gəlin bunun üçün səylə çalışaq!

Iyul 2013

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az