It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Heyətinin İllik Yığıncağı 2014

VF AzərKredit Heyətinin İllik Yığıncağı 2014


Hər il olduğu kimi  2014-cü ildə də VF AzərKredit 16-20 iyun tarixlərində Qəbələ rayonunda yerləşən “Qafqaz Resort Hotel”də Heyətin İllik Yığıncağı ilə bağlı tədbir keçirmişdir.

Builki tədbirin proqramında dincəlmək, işgüzar hesabat, oyunlar, əyləncə fəaliyyətlərinin tarazlı şəkildə tənzimlənməsi tədbir zamanı vaxtın səmərəli, dolğun və eyni zamanda da yorucu olmadan keçməsinə səbəb olmuşdur.

Azarkeşlərin və arzu edənlərin istəklərini nəzərə alaraq, öncəki illərdə keçirilən mini-futbol turniri bu il də qüvvədə saxlanılmışdır. Bununla yanaşı, builki tədbirdə “Şahmat” və “BreynRinq” kimi intellektual oyunlara üstünlük verilməsi  bu ilki tədbirin fərqləndirici amillərindən biri idi.

Dünya praktikasında  Heyətin Ümumi Yığıncağında təşkilatdaxili məsələlərə dair ümumi fikir mübadiləsinin, sessiyaların aparılması mühüm yer tutur. Məhz bu baxımdan təşkilatın inkişafı ilə bağlı cari məsələlər və gələcək planlar ətrafında müzakirələr və fikir mübadiləsi aparmaq məqsədilə tədbirin gedişatı boyu keçirilən sessiyalar zamanı filial rəhbərləri və Baş Ofisin departament rəhbərləri bir araya gəlmişlər.

Asudə vaxt ərzində əməkdaşlarımız kartinq – maşın yarışları, boulinq, paintball, massaj və s. kimi müxtəlif növ oyunlar, əyləncələr, yarışlardan yararlanmışlar.

Tədbirin ən həyəcanla gözlənilən  hissəsi, təbii ki, hər il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyətləri və davranışları ilə sədaqətlilik və əzmkarlıq dəyərlərini özündə əks etdirən əməkdaşlarımızın müxtəlif nominasiyalar üzrə “Sertifikatlar”, “Təşəkkürnamələr”, “Mükafatnamə”lərlə mükafatlandırılması hissəsi idi.

VF AzərKreditdə illərə dayanan əzmkarlıqları ilə seçilən əməkdaşlarımız işlədikləri illərə görə “Bizimlə 5 il”, “Bizimlə 10 il”, “Bizimlə 15 il” nominasiyaları üzrə təltif edilərək, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Bundan sonra isə nümunəvi fəaliyyəti ilə fərqlənən əməkdaşların müxtəlif nominasiyalar üzrə təltif edilməsi zamanı “İlin Ən Yüksək Müştəri Xidməti Göstərən İşçisi”, “Ən Çox Qadın Müştərisi olan Kredit İşçisi”, “İlin Ən Təşəbbüskar İşçisi”, “İlin Sosial Fəaliyyət Sahəsində Fərqlənən İşçisi”, “İlin Kredit İşçisi” və sair nominasiyalar həm təşkilatın dəyərlərini özündə əks etdirmiş, həm də bütün heyəti ən yüksək nəticələrə həvəsləndirmişdir. Tədbirin bu hissəsi keçirilmiş oyunların qaliblərinin mükafatlandırılması ilə yekunlaşmışdır.

“2014-cü ilin Heyətin İllik Yığıncağı” tədbirində ən yadda qalan hissələrindən biri də hovuz kənarında açıq havada canlı müsiqi və ifanın müşayiəti ilə şux rəqslərlə keçirilən möhtəşəm “Qala Şam Yeməyi” oldu.

Tədbirin video rolikinə YouTube Kanalımızda baxın.

Iyul 2014

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az