It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

“Düşün, Borc Al!” Kampaniyasının təşkilatçıları MFC 2016 Konfransında mükafatlandırıldılar

“Düşün, Borc Al!” Kampaniyasının təşkilatçıları MFC 2016 Konfransında mükafatlandırıldılar


Bu il Mikromaliyyə Mərkəzinin (MFC) 19-cu İllik Konfransı “Buludda Mikromaliyyə” adı altında 22-24 iyun tarixlərində Tirana şəhərində keçirildi.

Dünyanın müxtəlif ölkələrinin mikromaliyyə bazarlarının iştirakçılarının qatıldığı Konfrans əsas etibarilə mikromaliyyədə yeni texnologiyadan istifadə nəticəsində onun əhatə dairəsinin genişlənmə imkanlarının, yaxud yeni texnologiyadan istifadə etməmə nəticəsində mümkün geriləmənin müzakirəsinə həsr olunmuşdu. Əsas Konfrans tədbirlərinə əlavə olaraq, “Rəqəmsal dünyada mikromaliyyənin xüsusi çəkisi ola bilərmi?, Mikromaliyyə təşkilatları rəqəmsal xidmətlər təklif etsələr, risklər hansıdır?” kimi müxtəlif suallara cavab tapmaq üçün seminarlar, plenar sessiyalar və görüşlər təşkil olunmuşdu. Real biznes təcrübələrini bölüşməklə yanaşı, Konfrans Avropa İttifaqının mikromaliyyə sektoru üçün təqdim etdiyi yeni alətləri təqdim etmək, valyuta risklərinin yumşaltmaq məqsədilə istifadə edilən müxtəlif strategiyaları nəzərdən keçirmək, iqtisadi böhran zamanında müvəffəqiyyətlə fəaliyyətini davam etdirmiş təşkilatların strategiyalarından dərs götürmək, yeni sosial investisiya imkanlarını müzakirə etmək və digər vacib mövzular üçün mühüm platforma rolunu oynamışdır.

2016-cı ildə Avropa-Mərkəzi Asiya regionunda maliyyə savadlılığının artırılması ilə bağlı aparılan işlərin, xüsusilə də “Düşün, Borc Al!” Kampaniyasının daha da geniş vüsət alması məqsədilə atılacaq addımlar Konfransın mühüm mövzularından biri idi. Konfransda 2015-ci ilin nəticələri bir daha müzakirə olunmuş və iştirakı təşkilatçılar xüsusi qiymətləndirmə sertifikatı ilə təltif olunmuşlar. Kampaniyanın 2015-cı ildə 13 ölkədə 21 mikromaliyyə təşkilatı vasitəsilə 300 mindən artıq müştərini maarifləndirdiyi qeyd edilmişdir.

2016-cı ildə “Düşün, Borc Al!” Kampaniyası çərçivəsində zamanımızın bu əhəmiyyətli çağırışına daha geniş diqqət cəlb etmək üçün yeni materiallar işlənib hazırlanacaq və daha çox sayda təşkilatlar tədbirlərə cəlb olunacaqdır.

Iyul 2016

Son Xəbərlərimiz

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

Dekabr 2016

VF AzərKreditin fəaliyyətinin 20 illiyi münasibətilə veteran əməkdaşlar öz təcrübələrini bölüşdürür

Oktyabr 2016

“Düşün, Borc Al” 2016 Kampaniyası başlayır!

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az