It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Fəaliyyət dairəsinin genişlənməsi

Fəaliyyət dairəsinin genişlənməsi


VF AzərKredit, Azərbaycanın daha geniş ərazisini əhatə etmək və daha çox insanın rifahına müsbət təsir göstərmək istiqamətində götürdüyü öhdəliklərə sadiq qalaraq, bu yaxınlarda aşağıdakı şöbə və filiallarını müştərilərinin istifadəsinə vermişdir:

  • Bakı Filialı xidmət sahəsini genişləndirmiş və Bakı şəhərində əhalinin daha sıx məskunlaşdığı rayonlardan biri olan Xətai rayonunda, Həzi Aslanov metrosu yaxınlığında yeni şöbəsini istifadəyə vermişdir.

  • Bakı Filialının özü və Qaradağ şöbəsi yeni, daha münasib və gediş-gəliş üçün rahat məkanda yerləşmiş ofislərə köçmüşlər ki, müştərilərinə daha yaxşı xidmət təqdim etsinlər və onlara daha yaxın olsunlar.

  • Ağcabədi şöbəsində maliyyə vəsaitinə ehtiyacı olan müştərilərin sayında artım müşahidə edildiyindən şöbə genişləndirilərək, filiala çevrilmişdir.

  • Ağcabədi filialı nəzdində cəbhə bölgəsi rayonu olan Ağdamda yerləşəcək yeni şöbə açılmışdır. Bundan sonra Ağdam rayonunun mikro və kiçik sahibkarları artan kredit tələbatlarını asanlıqla ödəyə biləcəklər.

  • Daha bir şöbə, cəbhə bölgəsində, insanların gəlir səviyyəsinin az olduğu və çoxlu qaçqın və məcburi köçkünlərin yaşadığı yerləri əhatə etmək səylərinin davamı olaraq, Tovuzda açılmışdır.

Bu genişlənmənin nəticəsi olaraq təşkilatın filiallarının sayı 8-ə, şöbələrinin sayı isə 16-ya çatmışdır. Coğrafi genişlənmə ilə yanaşı, VF AzerKredit müştərilərin gözləntilərinə cavab vermək üçün öz məhsulların çeşidlərinin və çevikliyinin artırılması və təqdim olunan xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq çalışır. Beləliklə, biz iftixarla sayı artıq 40.000-i keçən müştərilərimizlə birlikdə böyüyürük!



Avqust 2011

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az