It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF Azərkredit regionlarda uşaqlar üçün qanvermə aksiyası həyata keçirdi

VF Azərkredit regionlarda uşaqlar üçün qanvermə aksiyası həyata keçirdi


Həmişəki ənənəsinə sadiq qalaraq VF Azərkredit işçiləri bu il də Azərbaycanın müxtəlif bölgələrində uşaqlar üçün qan verdilər.

Azərbaycanda bir çox insanlar talassemiya, hemofiliya və digər oxşar xəstəliklərdən əziyyət çəkir. Bundan başqa, müxtəlif qəzalar nəticəsində bəzi insanların donor qana ehtiyacı yaranır. Buna görə də qan vermək imkanı olan şəxslər üçün bu vacib mayeyə ehtiyacı olan insanlara qan vermək insanlıq məsuliyyətinin dərk edilməsi deməkdir. Bunu anlayaraq, VF Azərkredit işçiləri də hər il ən azı bir dəfə qana ehtiyacı olan insanlara kömək etməyə çalışırlar.

Mütəxəssislərin müəyyən etdiyi kimi, əsas etibarilə hamilə qadınlar, uşaqlar və gənclər anemiya xəstəliyinə görə bir çox problemlərlə üzləşirlər. Hamilə qadınlar hələ doğulmamış körpələrini itirə bilərlər və ya həyata gəlmiş körpələrdə müəyyən patologiyalar müşahidə edilə bilər. Qan azlığından əziyyət çəkən uşaqlar yaxşı inkişaf etmir, kifayət qədər aktiv olmur, digər xəstəliklərə tez yoluxur və həmçinin onlarda yaddaş zəifliyi müşahidə edilir. Belə problemlə üzləşmiş gənclər isə tez yorulur, lazımi qaydada oxuyub, işləməyə qadir olmurlar. Beləliklə, onların mütəmadi qayğı və dəstəyə ehtiyacı olur.

Hər il qan verməklə VF Azərkredit işçiləri bu cür xəstəlikdən əziyyət çəkən insanlara, əsasən də uşaqlara az da olsa yardım etməyə səy göstərirlər. Bu il Ağdam, Ağdaş ,Ağcabədi, Bakı, Beyləqan, İmişli, Goranboy, Horadiz, Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Tərtər, Yevlax və Zərdab filiallarından 100-dən çox işçi qan vermə aksiyasında iştirak etdilər. İştirakçılar bu kiçik yardımı göstərməklə qəlblərində həmişəkindən daha artıq yüngüllük hiss etdiklərini bildirdilər.

Avqust 2012

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az