It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Gənc təcrübəçilər VF AzərKredit Ailəsinə qoşuldu

Gənc təcrübəçilər VF AzərKredit Ailəsinə qoşuldu


VF AzərKredit müxtəlif müasir təlim proqramları təşkil etməklə, yaxşı iş mühiti təmin etməklə və heyətinin bilik və bacarıqlarını inkişaf etdirməklə daima insan resurslarına yatırım edir. Bu nöqteyi-nəzərdən müxtəlif təcrübə proqramları elan edən təşkilat mütəmadi olaraq gənc tələbələri öz gələcəklərini VF AzərKreditdə qurmağa həvəsləndirir.

Əsas etibarilə ikinci, üçüncü və dördüncü kurs tələbələri üçün ofis və sahə işi ilə tanış olmağa şərait yaradan bir-üç aylıq  bu proqramlar tələbələrə biznes əməliyyatları ilə təcrübədə tanış olma imkanı yaradır. VF AzərKreditin Təcrübə Proqramı 2012-ci ildə başlamış və artıq 42 tələbə üçün öyrənmə imkanı yaratmışdır.

Bu tələbələrdən bir neçəsi ali təhsillərini yekunlaşdırdıqdan sonra VF AzərKreditin tam ştatlı və ya ali məktəbin sonuncu kurs tələbəsi olarkən yarım-ştat işçilərinə çevrilmişlər. Onlar arasında Gülnar Bayramova və Turanə Əsədovanı qeyd etmək istərdik.

Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kurs tələbələri olan Gülnar və Turanə may ayında könüllü əsaslarla VF AzərKredit təşkilatının İnsan Resursları Departamentinin 3 aylıq təcrübə proqramına qoşuldular. Yaxşı nəticələr və yüksək davranış nümayiş etdirən bu iki gənc xanıma karyera yollarını VF AzərKredit ailəsində davam etdirmələri təklif edilmiş və nəticədə onlar VF AzərKredit ailəsinə yarım-ştat işçilər kimi qoşulmuşlar.

Gülnar Məmmədova Menecment ixtisası üzrə təhsil alır. “Düzünü desəm, əməkhaqqı heç vaxt mənə maraqlı olmayıb. Bu iş təklifi mənə olduqca maraqlı və həvəsləndirici gəldi. VF AzərKreditdən öncə İR sahəsində daha az nəzəri biliyə malik idim. İR assistenti olaraq müxtəlif insanlarla işlədiyim üçün burada mən insanlarla iş sahəsində xeyli maraqlı nəzəri və praktiki biliklərə yiyələndim”- Gülnar deyir.

Yay fəslində vaxtını səmərəli istifadə etmək istəyən Turanə İR sahəsində bilik və bacarıqlara yiyələnmək üçün VF AzərKrediti seçdi. “Hətta dözülməz qızmar yay günlərində mən hər iş günü təşkilata gəlirdim. Əslində mənim təcrübə proqramın yarım günlük idi, lakin iş mənə həddindən artıq maraqlı gəldiyi üçün mən tam iş gününü VF AzərKreditdə keçirirdim. Mənim gördüyüm işin ən sevdiyim cəhəti insanlarla işləməkdir. İR cismlər və rəqəmlərlə deyil, dəyərli insanlarla iş deməkdir”, deyə Turanə vurğulayır.

Məzun olduqdan sonra hər iki gənc xanım təşkilatın tam ştatlı həmkarları olmağı hədəfləyirlər.

Onlara VF AzərKredit ailəsində bol uğurlar arzulayırıq!
Avqust 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az