It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

SOS Uşaqları üçün Qubaya ekskursiya

BEYNƏLXALQ MEŞƏLƏR İLİNƏ HƏSR EDİLMİŞ SOSİAL AKSİYA, 2011
VF AZƏRKREDİT SOS KƏNDLƏRİNİN UŞAQLARI ÜÇÜN QUBA RAYONUNA TƏBİƏT GƏZİNTİSİ TƏŞKİL ETDİ


Beynəlxalq qeyri-gəlir təşkilatı tərəfindən yaradılmış və maliyyələşdirilən VijnFond AzərKredit eyni zamanda həm sosial, həm də maliyyə məqsədlərinə nail olmağa yönəlmiş iki istiqamətli fəaliyyətinə daima sadiq qalır.
VF AzərKredit öz missiyası çərçivəsində insanların rifahının yaxşılaşdırılması, vətəndaş mədəniyyətinin yüksəldilməsi və daha sağlam icma həyatının formalaşdırılması məqsədilə vaxtaşırı müxtəlif sosial aksiyalar – həm planlaşdırılmış, həm də konkret məqsədə xidmət edən fəaliyyətlər həyata keçirir. Bu cür aksiyaların əsas məqsədi xüsusi mövzulara diqqəti cəlb etməkdir.

Eyni məqsədlə də, VF AzərKredit 10 sentyabr 2011-ci ildə “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında tərbiyə alan uşaqlar üçün Şahdağ Milli Parkına 1 günlük eko-tur təşkil etmişdir.
SOS uşaq kəndləri hal-hazırda dünyanın 133 ölkəsində fəaliyyətdə olan beynəlxalq layihə və təşkilatları bir çətir altında birləşdirən "SOS Kinderdorf İnternational" Təşkilatının avtonom milli assosiasiyaları şəklində fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası 2000-ci ildə "SOS Kinderdorf İnternational" Təşkilatı tərəfindən uşaq və ailələrə dəstək təşkilatı kimi yaradılıb və əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqların isti ailə mühitində yaşaması üçün köməklik göstərməkdir. Xüsusi ailə evlərində bu iş üçün təlim görmüş ”SOS anaları” bütün gün boyu uşaqların qayğısına qalmaqdadır.
Hal-hazırda “SOS Azərbaycan” ölkədə 9600 insana 3 SOS uşaq kəndi (2-si Bakıda, 1-i Gəncədə olmaqla), 1 SOS Gənclər evi, 1 SOS uşaq bağçası, 1 SOS Səyyar oyun avtobusu və 2 SOS ailə möhkəmləndirmə proqramları vasitəsilə dəstək verir.


VF AzərKredit gəzinti üçün məqsədli şəkildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şahdağ Milli Parkını seçmişdir. Şahdağ Milli Parkı Quba və bir neçə digər rayonun ərazisini əhatə etməklə öz heyranedici təbiəti ilə məşhurdur.
Bu gəzinti tamamilə VF AzərKredit tərəfindən maliyyələşdirilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ofisinin əməkdaşlarının dəstəyi ilə həyata keçirilmişdir. Nazirliyin əməkdaşları bir günlük ekskursiya ərzində texniki dəstək göstərmiş və bələdçilik etmişlər.

Bu gəzinti SOS kəndlərindən olan uşaqların təkcə təbiətin qoynunda istirahət etməsi və əylənməsi üçün gözəl şans deyildi. Həmçinin, bu səyahətin əsas məqsədi Abşeron yarımadasında yerləşən 2 SOS Gənclər Evində yaşayan təxminən 35 uşaqda təbiətə olan marağı daha da artırmaq, onların ətraf mühit barədə biliklərini daha da genişləndirmək və onlara Azərbaycanın mədəniyyəti və tarixi haqqında geniş məlumat vermək idi.
Uşaqlar Quba rayonunun maraqlı yerləri ilə yaxından tanış olmaqla və fəal təlim fəaliyyətinə cəlb edilməklə, ətraf mühitlə bağlı terminlər və anlayışlar haqqında biliklər əldə etmişlər.

Əyləncə ilə öyrənmə, istirahətlə bilik artırma proseslərini özündə birləşdirən bu tur ərzində VF AzərKredit Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional əməkdaşlarının texniki dəstəyi və izahlı məlumatları ilə müşayiət olunan aşağıdakı tədbirləri təşkil etmişdir:
  • Quba şəhərində Xalça Mərkəzinə ekskursiya;
  • Quba rayonunda Şahdağ Milli Parkına daxil olmaqla təbii gözəlliklər olan yerlərə səyahət;
  • Azərbaycan təbiəti, tarixi və mədəniyyəti və ümumilikdə ətraf mühit haqqında mühazirə və viktorina.
YOLDA (BAKI-QUBA)


QUBA ŞƏHƏRİNDƏ XALÇA MƏRKƏZİNƏ EKSKURSİYA

Səyahət Quba şəhərində yerləşən “Quba qadın və ailə sahibkarlığına kömək mərkəzi” tərəfindən idarə olunan xalçaçılıq emalatxanasına ekskursiya ilə başladı.
Sərgi və xalça istehsal mərkəzi kimi fəaliyyət göstərən bu emalatxana UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Mərkəzin əməkdaşlarının yardımı nəticəsində SOS uşaq kəndlərindən olan oğlanlar və qızlar xalça toxuma prosesi haqqında geniş məlumat almış və müxtəlif xalça nümunələri ilə tanış edilmişlər.
Xalçaçılıq Mərkəzində Azərbaycanın fərqli rayonlarına və xalçaçılıq məktəblərinə (Cənubi Azərbaycanda Təbrizdən başlayaraq, Şimali-Qərbi Azərbaycanda Qazaxa qədər, hətta bəzi İran xalçaları da daxil olmaqla) aid müxtəlif üslubda toxunmuş qədim və müasir xalçalar sərgiləndiyinə görə uşaqlar Azərbaycan xalçaçılıq sənətinin incəlikləri və tarixi haqqında geniş məlumat toplamış oldular.


TƏBİƏTƏ GƏZİNTİ (QUBA QRIZ-DƏHNƏ KƏNDİ YOLUNDA)

Quba şəhərindən Qrız-Dəhnə kəndinə (son dayanma məntəqəsi) gedən yol yüksək dağlar, meşəliklər, dərin kanyonlar və şəlalələrin olduğu heyranedici təbiət mənzərəsi ilə yadda qaldı.
Bu ərazinin seçilmə məqsədi uşaqlara canlı olaraq meşələrin və təbiətin insanlar üçün nə qədər önəmli olduğunu çatdırmaq və belə yerlərdən dayanıqlı şəkildə istifadə edilməsi, onların qorunması və genişləndirilməsinin önəmini vurğulamaq idi.
Qubanın möhtəşəm təbiəti sadəcə yerli insanların deyil, o cümlədən xaricdən gələn turistlərin də diqqətini çəkməkdədir. Belə ki, bütün yol boyu xarici qonaqlar Azərbaycanın təbii gözəlliklərini seyr edirdi.


ƏTRAF MÜHİT VƏ TARİX HAQQINDA YARIŞ VƏ ƏYLƏNCƏ

Səyahətin sonunda Qrız-Dəhnə kəndi yaxınlığında sakit bir yerdə günorta yeməyindən sonra əyləncəli oyunlar oynandı və uşaqlar üçün viktorina keçirildi.

GÜNORTA YEMƏYİ VƏ ƏYLƏNCƏ


ƏTRAF MÜHİT VƏ TARİX HAQQINDA VİKTORİNA

Ekskursiyanın əsas məqsədinin əyləncə ilə fəal öyrənməni bir araya gətirilməsi olduğundan, bu turdan uşaqları Azərbaycan təbiəti, ətraf mühit və digər əlaqəli mövzular barədə müvafiq biliklərlə silahlandırmaq üçün bir imkan kimi istifadə edildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional əməkdaşları həm Azərbaycanın, həm də bölgənin tarixi və ekologiyası haqqında qısa, ancaq çox maraqlı mühazirə oxudular və uşaqlar arasında maraqlı viktorina keçirdilər.
Aşağıda ətraf mühitə aid bəzi maraqlı suallardan nümunələr verilir:
  • Azərbaycanda neçə milli park və təbii qoruq var?;
  • Şahdağ Milli Parkı haqqında ən yaxşı açıqlama və məlumatı kim verə bilər?;
  • Şahdağın (həm dağ, həm də Milli Parkın) adı nə ilə bağlıdır?;
  • Milli park ilə milli qoruq arasında nə fərq var?;
EKOLOGİYA VƏ TARİX YARIŞMASI


QALİBİN TƏYİN OLUNMASI VƏ MÜKAFATLANDIRILMASI


Bu turdan sonra ətraf mühitin mühafizəsi ilə bağlı təbliğatın genişləndirilməsi və məsuliyyətin artırılmasına yönəlmiş digər sosial xarakterli tədbirlərin də keçirilməsi nəzərdə tutulur.
Sentyabr 2011

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az