It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

20 RAYONDA 76 MƏKTƏBLİ UŞAQ MƏKTƏB LƏVAZİMATI DƏSTİ İLƏ TƏMİN EDİLDİ

20 RAYONDA 76 MƏKTƏBLİ UŞAQ MƏKTƏB LƏVAZİMATI DƏSTİ İLƏ TƏMİN EDİLDİ


Yardım və inkişaf qurumu tərəfindən təsis olunmuş bir təşkilat olaraq, BOKT VijnFond AzərKredit Azərbaycanda aztəminatlı və bank sektoru xidmətlərinə çıxışı olmayan əhaliyə kreditlər verir və gəlir gətirən fəaliyyətləri həyata keçirməklə yanaşı, həm maliyyə, həm də sosial məqsədlərə birlikdə nail olmağa çalışır.

Hər iki məqsəd istiqamətində çalışmaqla, VF AzərKredit indiyədək bir çox yoxsul ailələrə maliyyə dəstəyi göstərərək, onlara yeni biznesə başlamaq və mövcud bizneslərini dayanıqlı etməkdə kömək olmuş və bununla da insanların həyat tərzinin yaxşılaşdırılmasına təkan vermişdir.

Maliyyə durumu yaxşı olmayan əhaliyə kreditlərin verilməsindən əlavə VF AzərKredit öz sosial məqsədi çərçivəsində vaxtaşırı olaraq sosial və xeyriyyə fəaliyyətlərinə təşəbbüs göstərir və həyata keçirir.

Belə ki, vətəndaş cəmiyyətini gücləndirmək, daha sağlam bir cəmiyyət formalaşdırmaq, əhali arasında məlumatlılığı artırmaq, habelə, insanların güzəranını yaxşılaşdırmaq və əziyyətlərini azaltmağa yönəlmiş və digər bu kimi fərdi və ictimai səviyyədə həyata keçirilən fəaliyyətlərini misal gətirmək olar.

VF AzərKredit tərəfindən daha bir sosial aksiya 2012-ci ilin 15 sentyabr ərəfəsində yeni tədris ilinin başlaması ilə bağlı keçirildi.

Bu günə qədər VF AzərKredit əhaliyə təqdim etdiyi maliyyə xidmətləri vasitəsilə işlədiyi bütün regionlarda on minlərlə yoxsul ailələrə dəstək göstərmişdir. Lakin, bir çox ailələr, əldə etdiyi bu maliyyə dəstəyinə baxmayaraq, hələ də maliyyə çətinlikləri ilə üzləşir; belə ki, bəzi ailələr bəzən öz uşaqlarına vaxtında məktəb ləvazimatı almaq iqtidarında olmur.

Belə ailələrə yardım etmək üçün VF AzərKredit müştəriləri arasından təşkilatın fəaliyyət göstərdiyi 20 rayonda (17 rayon, habelə, Bakı, Gəncə və Mingəçevir şəhərləri) yoxsul və ehtiyacı olan 76 ailə seçildi və onlara məktəb ləvazimatı dəstləri paylanıldı. VF AzərKredit tərəfindən həyata keçirilən bu sosial aksiya çərçivəsində hər hədiyyə alan uşaq qəşəng məktəbli çantası və qələm, karandaş, rəngli flomaster, dəftər və s. ləvazimatlar daxil olan məktəbli dəsti hədiyyə aldı.

Hədiyyə alan bütün uşaqlar sevinclərini gizlədə bilmirdilər: sevinc dolu gözləri, məsum baxışları və uşaqvari tərzdə ifadə olunan təşəkkür sözləri buna dəlalət idi. Bütün uşaqlar, ailələrinin ümidlərini və böyüklər tərəfindən onlara göstərilən diqqət və qayğını doğrultmaq üçün daha da yaxşı oxuyacaqlarına və daha çox nailiyyətlər əldə edəcəyinə söz verdilər.

Belə kiçik təşəbbüs və aksiyalar həyata keçirməklə, VF AzərKredit yoxsul ailələrin uşaqlarına dəstək olmaq, həmçinin, dərsə davamiyyətin artmasına və son nəticə olaraq, ölkədə təhsil səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verməyə çalışır.

Sentyabr 2012

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az