It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Ağdam rayonunun Bənövşələr kəndində uşaq bağçası VF AzərKredit təşkilatı tərəfindən təmir edilmişdir

Ağdam rayonunun Bənövşələr kəndində uşaq bağçası VF AzərKredit təşkilatı tərəfindən təmir edilmişdir



Təmirdən öncə

Təmirdən sonra

Ağdam rayonunun  böyük hissəsi işğal altındadır və digər hissələri isə hətta atəşkəs ərzində də atışmalara məruz qalır. Bu çətin şəraitə baxmayaraq, rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olaraq normal həyat tərzini davam etdirməyə çalışır. Hökumət rayonda normal infrastrukturun yaradılması üçün tədbirlər görür. Lakin əhalinin yaxşı həyat şəraiti ilə təmin edilməsi üçün hələ də bir çox işlərin görülməsinə ehtiyac vardır.

Ağdam rayonunun Bənövşələr kəndindəki uşaq bağçası 4 qonşu kəndin uşaqlarına xidmət göstərir. Uşaq bağçasının regionda ən iri belə müəssisələrdən biri olmasına baxmayaraq, artıq 30 ilə yaxın idi ki, burada əsaslı təmir-bərpa işləri aparılmamışdı. Bundan əlavə, yalnız uşaq bağçası yaşında olan körpələr deyil, ətraf ərazilərdə yaşayan məktəbəqədər və məktəb yaşlı uşaqların istifadəsi üçün açıq havada olan əyləncə məkanları, o cümlədən, yelləncək və sürüşkənlər yox idi.

Buna görə də, VF AzərKredit təşkilatı uşaq bağçasının təmiri və qonşuluqda yaşayan bütün uşaqlar üçün oyun meydançasının yaradılması üçün vəsait ayırmışdır. 2013-cü ilin avqust-sentyabr ayları ərzində təşkilatın Ağcabədi-Ağdam rayonu üzrə əməkdaşlarının bilavasitə nəzarəti altında uşaq bağçasının həm binası, həm də həyəti təmir edilmiş, həyətdə sürüşkən, yelləncək və digər əyləncə meydançaları quraşdırılmışdır.

24 sentyabr tarixində keçirilən açılış mərasimi zamanı uşaq bağçasının və qonşu məktəbin direktorları, yerli hakimiyyət orqanların nümayəndələri və valideynlər uşaqlara edilən belə bir dəyərli hədiyyə üçün öz minnətdarlıqlarını bildirmişlər. İlhamverici şerlər oxuyan və gözəl rəqslər ifa edən uşaqlar mərasimə şənlik qataraq, onu iştirakçılar üçün daha da yaddaqalan etmişlər.

Yeni oyun meydançasından istifadə edərkən uşaqların gözlərindəki təbəssüm və üzlərindəki sevinc VF AzərKredit komandası üçün ən böyük mükafat idi və bizləri həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində şövqlə çalışdığımız icmalar üçün bu cür layihələri davamlı şəkildə həyata keçirməyə daha da ruhlandırır.

Sentyabr 2013

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az