It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

“Həyatını Dəyişdir” Müsabiqəsi

“Həyatını Dəyişdir” Müsabiqəsi


VF AzərKredit, Gender Layihəsi üzrə tərəfdaşları Oxfam Novib, Mikromaliyyə Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə, innovativ həll yollarından istifadə etməklə gender bərabərliyi məsələlərinə kompleks yanaşma prinsiplərinin mikromaliyyə sektorunda bərqərar olmasını təmin etmək məqsədilə "Həyatını Dəyişdir" devizi altında müsabiqə keçirir.

Layihənin əsas məqsədi qadın və kişilərin imkanlarının genişləndirilməsi və həyat planlaşdırma alətlərindən istifadə edilməsi yolu ilə müştərilərin həyatına yeni dəyərlərin qatılmasıdır. VF AzerKredit artıq bir çox ölkələrdə tətbiq olunan GALS (Gender Fəaliyyəti üzrə Araşdırma Sistemi) alətlərini Azərbaycan şəraitinə uyğunlaşdırmaqla, müştərilər arasında yayılmasına səy göstərir.

İnsanların gender və həyat planlaşdırma alətlərinin istifadəsindən necə ən mükəmməl şəkildə faydalana biləcəyini müəyyən etmək məqsədilə VF AzərKredit əvvəlcə 2010-cu ilin yazında pilot proqram həyata keçirdi. Bu pilot seminarlar nəticəsində gender məsələlərinə həssaslığı artırmaq mümkün oldu və iştirakçılar planlaşdırma alətlərindən öz biznes fəaliyyətlərinin inkişafında istifadə edə biləcəklərini qeyd etdilər. Qadın və kişilər arasındakı sosial dialoqun güclənməsi nəticəsində müxtəlif uğurlar əldə edildi. Bu nəticələr bizi daha geniş miqyaslı kampaniya başlatmaqla, daha çox qadın və kişi müştərilərə dəstək təqdim etməyə ruhlandırdı.

Bu məqsədlə, 15 sentyabr 2011-ci il tarixdə başlayan və 15 noyabr 2011-ci il tarixədək davam edəcək “Həyatını Dəyişdir” müsabiqəsinə start verildi. Müsabiqədə iştirak etmək istəyən insanlara alətlər haqqında məlumat vermək və onlara gələcək həyatlarını planlaşdırmaqda yardım etmək üçün VF AzərKreditin Mingəçevir filialı və Göygöl şöbəsi seçildi. Bu kampaniya həmçinin VF AzərKreditə öz müştərilərini, onların ailələrini və biznes tələblərini anlamağa imkan yaradacaq və xidmət və məhsulların inkişafına kömək edəcəkdir.

İştirakçılar paylanmış bukletləri doldurmalı, sonra isə cavabları bu müsabiqə üçün xüsusi hazırlanmış flayerlərə köçürməli və aşağıda qeyd olunmuş VF AzərKredit ofislərindən birinə təqdim etməlidirlər:

MİNGƏÇEVİR Filialı: İ. Qayıbov küç. 2, Mingəçevir, Tel: +994 24 2741323,

GÖYGÖL Şöbəsi: H. Əliyev prospekti 26, Göygöl, Tel: +994 22 2054915

Bukletdə sadə və əyləncəli çalışmalar var. İnsanlar bukletdəki təlimatlara əməl edərək maraqlı nəticələrlə qarşılaşa və bəlkə də gözlənilməz həyat qərarları verə bilərlər. Onlar nəyin eyni ailədən olan qadın və kişinin xoşbəxt və ya bədbəxt hiss etməsinə səbəb olduğunu daha yaxşı anlayacaqlar. Beləliklə onlar həyat tərzlərində nəyi dəyişəcəkləri haqda nəticə çıxardacaqlar.

Gender Brilyantı, Problemlərin Həlli Ağacı və Hədəfə Gedən Yol mərhələlərinə sıra ilə əməl etdikdə ən yaxşı nəticə əldə olunur:

1. Gender Brilyantı qadın və kişi, xüsusilə də ər və arvad arasında dialoqa nail olunması üçün əsas tapşırıqdır. Bu çalışma vasitəsilə onlar həm özlərini, həm də mühitdəki digər qadın və kişiləri daha yaxşı anlayacaqlar.



2. Problemlərin Həlli Ağacı iştirakçılara problemlərlə üzləşdikdə, onların öhdəsindən necə gəlmək yollarını öyrədəcək. İştirakçılar həmçinin müxtəlif təlim metodlarında istifadə olunan problem təhlili metodunu təcrübədən keçirəcəklər. Siz üzləşdiyiniz əngəlləri aradan qaldırdığınız zaman həyatınız yaxşılaşır, ancaq heç bir maneə siz istədiyiniz deyə yox olmur. Problemləri həll etmək üçün tədbir görmək lazımdır: plan hazırlanmalı və həyata keçirilməlidir. Bu tapşırığın nəticəsində problemin yaranma səbəblərini və onun həlli yollarını aydın şəkildə görmək olur.

3. Hədəfə gedən yol aləti iştirakçılara öz ailəsində, biznes fəaliyyətində və digər sahələrdə nəyə nail olmaq istədiklərini tam anlamağa kömək edəcəkdir. Həyatda irəliyə getmək üçün gələcək hədəfləri aydın şəkildə müəyyənləşdirmək, indi harada olduğunu başa düşmək və gələcək hədəfə doğru addımbaaddım necə gediləcəyini anlamaq lazımdır. Buna görə də Hədəfə Gedən Yol alətini doldurmaqla siz nəyə nail olmaq istədiyinizə qərar verəcək və onu necə əldə edəcəyinizi görəcəksiniz. Gələcəyinizə səyahət bu çalışma ilə başlayacaq.

İştirakçıların cavabları müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bu müsabiqədə pis və ya yaxşı cavab yoxdur. Cavabların tam və məntiqli olması nəzərə alınacaq.

Qaliblər VF AzərKredit tərəfindən aşağıdakı hədiyyələrlə təltif ediləcəklər:

1-ci yer: 500 AZN dəyərində hədiyyə (istənilən ev əşyası)

2-ci yer: 300 AZN dəyərində hədiyyə (istənilən ev əşyası)

3-cü yer: 150 AZN dəyərində hədiyyə (istənilən ev əşyası)

Xüsusi təltiflər: Hər biri 10 AZN dəyərində 20 mobil telefon kartı

Müsabiqə bitdikdən sonra qaliblər təltif etmə mərasiminin keçiriləcəyi tarix və yer haqqında məlumatlandırılacaqlar.

Uğur hekayələrini endirmək üçün bura basın
Bukleti endirmək üçün bura basın (4.4 Mb)
Oktyabr 2011

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az