It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit AMFA 2012 Konfransında mükafat aldı

VF AzərKredit AMFA 2012 Konfransında mükafat aldı


4-5 oktyabr 2012-ci il tarixlərində Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) iki ildən bir keçirilən növbəti – 6-cı Konfransını Bakıda Monolit Plazada həyata keçirdi. "Düşünmək zamanıdır: risklərin idarə edilməsi" başlığı altında keçirilən bu ilki tədbirin məqsədi risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələr arasında mübadilənin təşkil edilməsi və Azərbaycanda mikromaliyyə sektorunun daha da çox inkişaf etməsinə yardım edə biləcək ideyaların səslənməsi üçün rahat şəraitin yaradılması idi.

Hər şeydən əlavə Konfrans iştirakçılara müxtəlif mikromaliyyə təcrübələrini bölüşmək və bu günün çətin reallığında sektorun fəaliyyətini təkmilləşdirmək imkanlarını müzakirə etmək üçün şərait yaratmış oldu. Müzakirə olunan mövzular arasında adekvat daxili nəzarət, mikromaliyyədə müştəri mühafizəsi, risklərin idarə edilməsi, ucqar ərazilərdə yerləşən yaşayış məntəqələrində müasir texnologiya və s. kimi maraqlı məqamlar yer almışdı.

VF AzərKredit isə mikromaliyyədə qadınların rolu mövzusunda təqdimatla çıxış etdi. Təşkilat özünün gender perspektivli məqsədlərini, tətbiq olunan strategiyalar və taktikalar, gender yönümlü layihələrin nəticələri və gələcək məram və hədəflərini öz həmkarları ilə bölüşdü.

Bundan başqa, Konfransda VF AzərKreditin Marketinq və Məhsulların İnkişafı Departamentinin Direktoru Mehriban Yusifova "İlin Peşakarı-2012" mükafatına layiq görüldü. Bu mükafat məhz VF AzərKredit ilə AMFA və digər mikromaliyyə təşkilatları və assosiasiyaları arasında sıx və məhsuldar əməkdaşlığın nəticəsidir.

Oktyabr 2012

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az