It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Beynəlxalq Maliyyə Jurnalının “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür

VF AzərKredit Beynəlxalq Maliyyə Jurnalının “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür


VF AzərKredit İngiltərənin nüfuzlu Beynəlxalq Maliyyə Jurnalının (International Finance Magazine)  “Maliyyə Mükafatları – Azərbaycan 2013” üzrə təsis etdiyi “Ən Yaxşı Mikromaliyyə Təşkilatı” mükafatına layiq görülmüşdür.

Beynəlxalq Maliyyə Jurnalı dünyanın 200-dən çox ölkəsində oxunan onlayn jurnal olaraq, dünya maliyyə bazarlarında baş verən bütün mühüm yenilikləri işıqlandırmaqla yanaşı, bankçılıq, kapital bazarları, ticarət və texnologiya, İslam bankçılığı və digər mövzularda  araşdırmalar dərc edir. Jurnal hər il bir sıra ölkələrin ən öndə gedən və daim inkişafda olan təşkilatlarına müxtəlif nominasiyalar üzrə maliyyə mükafatları təqdim edir.

VF AzərKredit bu mükafata müştərilərinə qabaqcıl standartlara cavab verən xidmətlər təqdim etdiyinə və yüksək maliyyə göstəriciləri ilə yanaşı korporativ məsuliyyət baxımından da nümunəvi fəaliyyət nümayiş etdirdiyinə görə layiq görülmüşdür.

Daha ətraflı məlumat üçün: http://www.internationalfinancemagazine.com/article/International-Finance-Magazine-Financial-Awards-Azerbaijan-2013.html

BOKT VijnFond AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədi ilə yaradılmışdır. 2002-ci ildə VF AzərKredit məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçmiş və 2003-cü ildə Azərbaycan Milli Bankından bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya almışdır. Hal-hazırda VF AzərKredit ölkə ərazisində 37 ofisi vasitəsilə 70 mindən çox insana xidmət göstərir.
Oktyabr 2013

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az