It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit “Müştəri Mühafizəsi Sertifikatı”na layiq görülüb

VF AzərKredit “Müştəri Mühafizəsi Sertifikatı”na layiq görülüb


VF AzərKredit müştəri xidməti üzrə yüksək standartlara cavab verdiyinə görə mikromaliyyə sektorunda təkmil müştəri mühafizəsi təcrübələrinin formalaşdırılması üzrə qlobal təşəbbüs kimi yaradılmış Smart Kampaniyası tərəfindən “Müştəri Mühafizəsi Sertifikatı” ilə təltif edilmişdir. Bununla VF AzərKredit 2013-cü ildə sertifikasiya başladığı tarixdən etibarən Latın Amerikası, Şərqi Avropa və Cənubi Asiyadan sertifikata layiq görülmüş 23  maliyyə institutunun sıralarına qoşulmuş oldu.

Təltif mərasimi 10 oktyabr 2014-cü il tarixdə Bakıda keçirilən 7-ci Azərbaycan Mikromaliyyə Konfransında baş tutmuşdur. Konfrans gedişatında sertifikatın əldə edilməsi prosesi ilə bağlı söylənilən fikirlər mikromaliyyə sektorunda fəaliyyət göstərən digər maliyyə təşkilatlarının da ruhlandırılmasına xidmət edəcəyi gözlənilir.

Fərəhli haldır ki, VF AzərKredit Qafqazda ilk, dünyada isə 24-cü maliyyə təşkilatıdır ki, bu nüfuzlu mükafata layiq görülür. “Müştərilərin rifahı VF AzərKreditin fəaliyyətində əsas prioritetdir – biz inanırıq ki, müştəri mühafizəsinin ən yaxşı üsullarından biri onlara məhsulun qiyməti, onun çatdırılması və müvafiq prosedurlar barədə aydın və anlaşılan məlumatın təqdim olunmasıdır. Mən qürur duyuram ki, VF AzərKredit Azərbaycanda sertifikata layiq görülmüş ilk maliyyə institutudur. Biz digər maliyyə təşkilatlarının da bu istiqamətdə irəliləməsini arzu edərdik”- deyə VF AzərKreditin İdarə Heyətinin sədri Ljiljana Spasoyeviç vurğulamışdır.

Smart Kampaniyasının “Müştəri Mühafizəsi Sertifikatı” Kampaniyanın 7 Müştəri Mühafizəsi Prinsipini fəaliyyətində rəhbər tutan maliyyə institutlarına təqdim edilir. Bu prinsiplər qiymət qoyma, şəffaflıq, müştərilərə ədalətli və məsuliyyətli yanaşma və artıq borclanmanın qarşısının alınması kimi mühüm sahələri əhatə edir.

Sertifikata dair ətraflı məlumat üçün baxın: www.smartcampaign.org/certification

Oktyabr 2014

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az