It looks like your browser or firewall blocked (disabled) JavaScript support. Please enable it for viewing this site. How to enable scripting in your browser
Biz oktyabr ərzində üçüncü illik “Düşün, Borc Al” Kampaniyasına başlayırıq! Bu il 20 aparıcı maliyyə təşkilatı Avropa və Mərkəzi Asiyada 14 ölkədə müştərilərin maliyyə savadlılığı sahəsində bilik və bacarıqlarını artırmaq istiqamətində işləyəcəklər. Bu Kampaniya artıq Mikromaliyyə Mərkəzi (MFC) və onun üzvlərinin hər il həyata keçirdikləri bir tədbirə çevrilmişdir.
Kampaniyanin məqsədi nədir?
Əvvəlki illərdə olduğu kimi, bu il də biz təhlükəsiz borclanma, kreditlərin potensialından düzgün istifadə və həddən artıq borclanma tələsinə düşməmə ilə bağlı vacib mesajları çatdıracağıq. Sektor olaraq, bizim gələcəyimiz məsuliyyətli şəkildə borc vermə və beynəlxalq standartlara müvafiq şəkildə müştəriləri artıq borclanmadan qoruma bacarığımızdan asılıdır. Müştəri mühafizəsinin ikinci vacib elementi isə məsuliyyətli borclanmadır ki, bu da müştərilərin borcdan necə səmərəli şəkildə istifadə edəcəklərini bilmələrini ehtiva edir. Keçən il biz yalnız 1 ay ərzində 300.888 müştəriyə mesajımızı birbaşa çatdıra bilmişik. Buna görə də biz tərəddüdsüz inanırıq ki, bu Kampaniya çox sayda müştərilərə hədəflənmiş maliyyə maarifləndirmə mesajlarını çatdırmaq üçün əla vasitədir.
“Biz həm müştərilər, həm də kredit mütəxəssislərinin kreditlər haqqında düşündüklərini, daha çox sual verdiklərini, daha çox təfsilatı araşdırdıqlarını görməyə şadıq. Beləliklə onlar daha məsuliyyətlidirlər və biz bu yolda belə davam etməyimizi istəyirik…” Dragana Lukic, Marketinq Menecer (Mi-Bospo, BiH).
“Bu Kampaniya kreditin yalnız imkanlar deyil, yeni risklər də yaratdığı barədə məlumatlılığı artırmaq üçün yaxşı bir fürsətdir” Sébastien L`Aot, Əməliyyat Direktoru(Adie, Fransa).