It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AZƏRKREDİT RUSİYA VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN MİKROMALİYYƏ ASSOSİASİYALARIN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

VF AZƏRKREDİT RUSİYA VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN MİKROMALİYYƏ ASSOSİASİYALARIN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR


“Vorld Vijn” təşkilatı tərəfindən təsis edilmiş Bank Olmayan Kredit Təşkilatı VF AzərKredit özünün eyni zamanda həm sosial, həm də maliyyə məqsədlərinin və fəaliyyətlərinin həyata keçirilməsini nəzərdə tutan ikili təbiətinə daima sadiq qalır.

VF AzərKreditdə Sosial Fəaliyyətin İdarə Edilməsi bir neçə mərhələli inkişaf yolunu keçmişdir – ideya ilə tanışlıq və hazırlıq mərhələsindən başlayaraq planlaşdırılmış ideyanın həyata keçirilməsi üçün müvafiq alətlərin hazırlanmasına qədər.

2006-cı ildə AMA tərəfindən yaradılmış Sosial Fəaliyyətin İdarə Edilməsi (SFİE) üzrə İşçi Qrupuna qoşulduqdan sonra VF AzərKreditin rəhbərliyi sosial və maliyyə fəaliyyətinin tarazlaşdırılması üçün SFİE sisteminin yaradılmasına ehtiyac olduğunu anlamış və sosial fəaliyyətini sistemləşdirmək üçün konkret məqsədli və planlaşdırılmış tədbirlər görməyə başlamışdır. Son bir neçə il ərzində görülmüş gərgin iş sayəsində təşkilat təkmil SFİE sistemi qurmağa nail olmuşdur. Bu sistem beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş və VF AzərKreditə bir neçə mükafat qazandırmışdır:

  • MFC (Mikromaliyyə Mərkəzi) tərəfindən Keyfiyyət Auditi Alətindən istifadə etməklə Azərbaycanda Sosial Fəaliyyətin İdarə Edilməsinin Təşviqi layihəsində pilot iştirakına görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür (2009);
  • "MF Transparency" tərəfindən Azərbaycan mikromaliyyə sektorunda şəffaf qiymətqoyma siyasəti sahəsində lider mikromaliyyə təşkilatı kimi tanınmışdır (2009);
  • 26 may 2010-cu il tarixdə GGAP, Mişel və Syuzen Dell Fondu və MİX təşkilatı tərəfindən Sosial Fəaliyyət Hesabatına görə Qızıl Mükafata layiq görülmüşdür;
  • Oktyabr ayında "Azərbaycanda Məsuliyyətli Mikromaliyyə" mövzusunda təşkil olunmuş 5-ci mikromaliyyə konfransında AMA tərəfindən “İlin Ən Yaxşı Üzvü - 2010" nominasiyası ilə mükafatlandırılmışdır və s.

Bu cür qiymətləndirmənin davamı olaraq, VF AzərKreditdən xahiş olunmuşdur ki, o özünün SFİE təcrübəsini Rusiyada və Mərkəzi Asiyada fəaliyyət göstərən və Sosial Fəaliyyətin Başladılması Fondundan qrant alacaq mikromaliyyə assosiasiyaları üçün MFC və AMA-nın birgə təşkil etdiyi Təlim Səfərinin iştirakçıları ilə bölüşdürsün.

Hazırkı zamanda mikromaliyyə təşkilatlarının çoxu başa düşür ki, SFİE və sosial rəy təşkilatların gizli istedadı aşkara çıxarması, məqsədləri sürətlə uzlaşdırması, insanların marağını cəlb edə bilməsi və daha yaxşı biznes nəticələrinə nail ola bilməsini təmin edən ən güclü alətdir.

Bu baxımdan da, mikromaliyyə təşkilatları üçün Sosial Fəaliyyət Başladılması Fondunun yaradılması mikromaliyyə sektorunda SFİE təşəbbüslərinin daha da böyük miqyas almasına hesablanmışdır. Bu Fondun yaradılmasında məqsəd şəffaflığın artırılmasını və SFİE proseslərinin və alətlərinin mikromaliyyə təşkilatları tərəfindən tətbiqinin sürətləndirilməsini təmin etməkdir.

Bu təşəbbüsün tərkib hissəsi olaraq, 20 oktyabr 2011-ci il tarixdə VF AzərKredit Fonddan qrant almış təşkilatlar –Qazaxıstan Mikromaliyyə Təşkilatlarının Assosiasiyası, Rusiya Mikromaliyyə Sektoru Üzvlərinin Milli Tərəfdaşlığı, Tacikistan, Özbəkistan və Qırğızıstan Mikromaliyyə Assosiasiyaları – üçün təşkil edilmiş 8 günlük SFİE üzrə Təlim Səfərinin iştirakçıları üçün 1 günlük təqdimat təşkil etdi.




Qonaqlara SFİE ideyası, VF AzərKreditdə SFİE-nin təkamülü və onun tərkib hissələri barədə geniş məlumat verildi.

İlk növbədə giriş olaraq qonaqlara VF AzərKreditin tarixi, nailiyyətləri, hədəf müştəriləri və sosial məqsəd və vəzifələri barədə məlumat verildi. Qeyd olundu ki, SFİE həmçinin fəaliyyətin təsbit edilmiş məqsədlərə və sektordakı tendensiyalara nəzərən təhlil edilməsinə, nüfuz, missiyadan yayınma, müştəri mühafizəsi ilə bağlı risklərin müəyyən edilməsinə, gələcək inkişaf üçün imkanların aşkarlanmasına, sektorda nüfuzun yüksəldilməsinə və investorların cəlb edilməsinə yardım edir. Beləliklə də, sosial fəaliyyətin yaxşı şəkildə idarə olunmasının VF AzərKredit üçün prioritet olduğu vurğulandı ki, bu da əsas etibarilə təşkilatın mənşəyi və gələcəyə baxışı və mikromaliyyənin ikili məqsəd konsepsiyası ilə bağlıdır.




Sonra qonaqlar VF AzərKreditdə SFİE-nin prinsipləri və komponentləri barədə məlumat aldılar. Öz təşkilatlarında SFİE sistemini işə salmalı olan iştirakçılar VF AzərKreditin SFİE sisteminin texniki aspektləri ilə bağlı məsələlərə daha böyük maraq göstərirdilər.

Bundan başqa, iştirakçılar öyrəndilər ki, VF AzərKreditdə SFİE sisteminin əsas tərkib hissəsini təşkilatın özü tərəfindən işlənib hazırlanmış Yoxsulluğun Bal Kartından ibarət olan sosial məlumatların izlənməsi komponenti təşkil edir.

Həmçinin qonaqlara məsuliyyətli maliyyələşdirmənin kreditləşdirmə siyasətləri, müştəri mühafizəsi siyasəti və Kredit Bürosu vasitəsilə borcun yoxlanılması vasitəsilə necə təmin olunduğu izah edildi. Həmçinin qeyd olundu ki, 2008-ci ildən bəri müştərilər, işçi heyəti, icma və ətraf mühit qarşısında sosial məsuliyyətin gözlənilməsini, o cümlədən təşkilatın missiyasına və qabaqcıl təcrübələrin tövsiyələrinə, həmçinin SMART Kampaniyasının 7 Müştəri Mühafizəsi Prinsiplərinə müvafiqliyi təmin etmək üçün müxtəlif siyasət, prosedur və daxili nəzarət vasitələri işlənib hazırlanmışdır.

Sonda vurğulandı ki, SFİE təşkilata öz missiyasına sadiq qalmaqda və maliyyə kasadlığını və yoxsulluğu azaltmaq istiqamətində səmərəliliyini əhəmiyyətli şəkildə artırmaqda yardımçı olur; müştəri məmnunluğunun gücləndirilməsini, müştərilərin saxlanması dərəcəsinin yüksəldilməsini, portfelin keyfiyyətinin yaxşılaşdırılmasını və inkişafın sürətləndirilməsini təmin edir; təşkilatın nüfuzunu, rəqabət qabiliyyətini, dayanıqlığını və yeni məhsullar və xidmətlər yaratmaq imkanlarını möhkəmləndirir; investorları, səhmdarları və geniş ictimaiyyəti təşkilatın fəaliyyəti barədə etibarlı və müntəzəm məlumatlarla təmin edir ki, bu da öz növbəsində təşkilata daha çox maliyyələşdirmə mənbələrinə çıxış imkanı yaradır; və daha yaxşı iş mühiti və işçilərin həvəsləndirilməsini təmin edir.

Bütün iştirakçılar VF AzərKreditin əməkdaşları ilə açıq təcrübə mübadiləsi və praktiki söhbətlər nəticəsində VF AzərKreditdə keçirdikləri bu günün çox ilhamlandırıcı və məzmunlu olduğunu qeyd etmişlər.
Noyabr 2011

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az