It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Kənddə Kredit Günü

Kənddə Kredit Günü


Bir çox ucqar ərazilərdə insanlar ən yaxın banka getmək üçün saatlarla yol getməli və ya uzun məsafə qət etməli olurlar. Məhz belə ucqar kəndlərdə demək olar ki, bütün aztəminatlı ailələr öz xırda təsərrüfatlarını, bizneslərini inkişaf etdirmək, evləri üçün əşyalar almaq və ya uşaqlarının təhsil haqlarını ödəmək və s. bu kimi məqsədlər üçün kreditə ehtiyac duyurlar.

Baxmayaraq ki, VF AzərKreditin ofisləri əsas etibarilə ucqar rayonlarda yerləşir, həmin rayonların heç də bütün kəndlərinin sakinlərinin VF AzərKreditin regionda mövcudluğundan xəbəri yoxdur. Buna görə də kənd sakinlərinin kreditləri necə əldə etmək olar və onlardan necə faydalanmaq olar kimi suallarını cavablandırmaq və VF AzərKreditin məhsullarını təbliğ etmək məqsədilə regionlarda Kənddə Kredit Günü Kampaniyası həyata keçirildi.

Beləliklə də, 2012-ci ilin sentyabr və oktyabr ayları ərzində VF AzərKreditin əməkdaşları 11 rayonda 19 ucqar kəndə səfər edərək, kredit xidmətlərini belə xidmətlərə ehtiyacı olan insanlara daha da yaxın etmək istiqamətində səylər göstərdilər. Gədəbəydə Miskinli, Göygöldə Murovdağ, Qazaxda Daşsalahlı, Ağdamda Əlibəyli və digər belə uzaq kəndlərə gedən kredit icraçıları daha çox ucqar ərazidə sakinlərə VF AzərKreditin məhsulları və fəaliyyəti barədə məlumat verdilər və yerindəcə kredit sifarişləri topladılar.

VF AzərKreditin reklamı ilə örtülmüş mini furqon bu Kampaniya üçün xüsusi hazırlanmış çadır, stol və stulları nəzərdə tutulan ərazilərə daşımış və quraşdırıldıqdan sonra çadır 4-5 saat ərazidə qalaraq, kənd sakinlərinin rahat şəraitdə suallarına cavab tapmasına imkan yaratmışdır. Həmçinin insanlar yerindəcə kredit üçün ərizələri dolduraraq təqdim edə bilmişlər. O cümlədən, mini furqon kənddə dövrə vurmuş və kredit icraçıları reklam materialları paylayaraq insanlara Kənddə Kredit Günü Kampaniyası barədə məlumat vermişlər. Çadırda isə hər bir potensial müştəri kredit icraçısı tərəfindən qarşılanaraq, təşkilatın missiyası və məhsul və xidmətləri barədə məlumat almışdır. Bundan sonra kredit icraçıları müştərilərin ehtiyaclarını dəqiq müəyyən edərək onlara münasib məhsullar barədə daha təfsilatlı məlumat vermişlər. Kənd sakini kredit üçün müraciət etmək istəyini bildirdikdə isə ona ərizənin doldurulmasında kömək edilmişdir. Beləliklə də, ucqar kəndlərdən xeyli insan yalnız kredit təsdiqləndikdən sonra bircə dəfə ofisə gəlməklə pul almaq imkanı əldə etmişdir.

Nəticədə 1000-ə qədər şəxs VF AzərKreditin vasitəsilə mikro kreditlərin əldə edilə bilməsi barədə məlumat almış və bu Kampaniyanın nəticəsində 200 nəfərə qədər şəxs ilk kreditlərini əldə etmişlər.

Kampaniya kreditlərdən istifadə ilə bağlı məlumatlılığı artırmaq və yoxsul insanlara maliyyə xidmətlərinə dair suallarına cavab tapmaq imkanı yaratmaqla yanaşı, həm də VF AzərKreditin işçilərinə uzaq ərazilərdə yaşayan insanlara yetişməyin vacibliyini bir daha xatırlatmış oldu.

Əldə edilmiş təcrübə gələcəkdə daha da iri miqyasda tədbirlərin keçirilməsində istifadə ediləcəkdir.

Noyabr 2012

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az